Qızların təhsildən yayındırılması narahatlıq doğurur - Səbinə Əliyeva- VİDEO

13:18 | 05.03.2024
Qızların təhsildən yayındırılması narahatlıq doğurur - Səbinə Əliyeva- VİDEO

Qızların təhsildən yayındırılması narahatlıq doğurur - Səbinə Əliyeva- VİDEO

Qızların təhsildən yayındırılması və zorakılıq halları ciddi narahatlıq doğurur. Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
 
"Valideyn və təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi ehtiyac var. Qızların təhsildən yayındırılması və zorakılıq halları narahatlıq doğurur. Bununla bağlı müvafiq qanunvericiliyin güclənməsi zəruridir. Həmçinin məktəblərdə psixoloqların sayının şagirdlərinin sayına uyğun olmasını da vacib hesab edirik”, - Ombudsman martın 5-də Milli Məclisdə qurumun 2023-cü il hesabatını təqdim edərkən deyib.
 
Son vaxtlar mətbuatda və sosial şəbəkələrdə qızların təhsildən yayınaraq ərə verilməsi ilə bağlı xəbərlər paylaşılıb. Adiyyatı qurumlar baş verən hər bir hadisə ilə bağlı araşdırılmaların aparıldığını açıqlayıb.

 
Gülnar Nazimqızı
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb