"Onun internetini Kerri kəsdirib" - "WikiLeaks"

11:00 | 19.10.2016

"Onun internetini Kerri kəsdirib" - "WikiLeaks"

Ekvador hökuməti "WikiLeaks”in qurucusu Julian Assanjın internetini ABŞ dövlət katibi Con Kerrinin xahişi ilə kəsib.
 
ANN.AZ ikt.lent.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın "Twitter” səhifəsində məlumat verilib. "ABŞ-dakı çoxsaylı mənbələr bizə deyir ki, Con Kerri Ekvadordan Assanjın Klinton haqqında sənədləri yaymasının qarşısını almağa çağırıb”, - deyə açıqlamada bildirilir.
 
Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Hillari Klintonun "Goldman Sachs” korporasiyasındakı çıxışı barədə gizli sənəd yayıldıqdan sonra J. Assanj internetə giriş imkanından məhrum edilib. O, hazırda Londondakı Ekvador səfirliyində qalır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb