Paşinyan Moskvaya gedəcək

13:48 | 22.03.2024
Paşinyan Moskvaya gedəcək

Paşinyan Moskvaya gedəcək

Nikol Paşinyan may ayında Avrasiya İqtisadi İttifaqının yaradılmasının 10 illiyi münasibətilə təşkil olunan yubiley sammitində iştirak etmək üçün Moskvaya gedəcək.Bu barədə "Hraparak” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, tədbir mayın 8-ndə keçiriləcək.

"Mənbəmiz Paşinyanın 9 May Qələbə Gününə həsr olunmuş illik tədbirlərdə iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib, lakin başqa mənbədən məlum olub ki, o, Moskvada bir neçə saat qalacaq. Ümumiyyətlə, Ermənistan-Rusiya münasibətlərindəki hazırkı vəziyyətə nəzər salsaq, Paşinyan çətin ki, Qələbə Gününə həsr olunmuş tədbirdə iştirak etsin”, - məlumatda bildirilib.

Nəşr həmçinin yazıb ki, Paşinyan və komandası açıq şəkildə Ermənistan-Rusiya münasibətlərini gərginləşdirir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb