Pentaqon “Taliban” liderinin məhv edildiyini ehtimal edir

11:30 | 22.05.2016
Pentaqon “Taliban” liderinin məhv edildiyini ehtimal edir

Pentaqon “Taliban” liderinin məhv edildiyini ehtimal edir

"Taliban” terror təşkilatının lideri Molla Əhtər Mənsur  ABŞ hərbçilərinin endirdiyi  hava hücumunun hədəfi olub. "Reuters”in verdiyi xəbərə görə, əməliyyat Əfqanıstanın Pakistanla həmsərhəd ucqar bölgəsində keçirilib. Bu barədə Pentaqonun açıqlamasında bildrilir.  
 
Pentaqon nümayəndəsi bildirib ki, pilotsuz təyyarələrin zərbələri nəticəsində Mənsurun məhv edildiyi ehtimal olunur.   
 
Məmur qeyd edib ki, ABŞ prezidenti Barak Obama əməliyyat barədə məlumatlıdır və şəxsən hava zərbəsinin endirilməsinə razılıq verib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM