"Petlim" 2020-ci ildən sonra tam gücü ilə işləyəcək

19:07 | 08.09.2016

"Petlim" 2020-ci ildən sonra tam gücü ilə işləyəcək

 "Petlim" 2020-ci ildən sonra tam gücü ilə işləməyə başlayacaq. 

"Report"xəbər verir ki, bu barədə İzmirdə səfərdə olan Azərbaycan jurnalistləri ilə görüşündə "Petlim" konteyner limanı layihəsinin baş direktoru Doğan Çıraqoğlu bildirib. 

Onun sözlərinə görə, 2019-cu ildə terminalın gücü 500-600 min TEU olacağı təxmin edilir: "2020-ci illərdə isə limanın layihədə nəzərdə tutulan gücdə - illik 1,5 mln.TEU gücü ilə işləyəcəyi gözlənilir". 

Layihə çərçivəsində görülən işlərdən də danışan baş direktor I fazanın 2015-ci ildə tamamlandığını, "Maersk" qrupunun "APM Terminals" şirkətinin idarəçiliyinə təhvil verildiyini xatırladıb: "Böyük ehtimalla "APM Terminals" sentyabrın sonu-oktyabrın əvvəlində ticarət fəaliyyətinə başlayacaq". O qeyd edib ki, hazırda II fazanın inşası üzrə işin 60%-i tamamlanıb. D.Çıraqoğlu II fazanın 2016-cı ilin son rübündə tamamlanaraq, 2017-ci ilin II rübündə fəaliyyətə başlaması planlaşdırıldığını bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb