• $
  • €
  • ₽
  • ₺
  • £

“İranla danışıqlarda Qərbin müttəfiqləri olan region ölkələrinin maraqları nəzərə alınmalı idi”

“İranla danışıqlarda Qərbin müttəfiqləri olan region ölkələrinin maraqları nəzərə alınmalı idi”
14.09.2015 15:00
"Hesab edirəm ki, İranla nüvə danışıqlarında Qərbin müttəfiqləri olan bütün region dövlətlərinin maraqları nəzərə alınmalı idi”.

APA-nın məlumatına görə, bu barədə İsraildə səfərdə olan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "jns.org”  saytına müsahibəsində deyib.
 
O, Azərbaycanın razılaşmanı dəstəklədiyini bildirib: "Biz gərginliyin azalmasını dəstəkləyirik. Lakin bu razılaşmanın tam detalları bəzən qaranlıq qalır, onunla bağlı müxtəlif izahlar var. Ümumilikdə niyyət və motivləri müsbətdir. "5+1” ölkələrini qane etmək vacibdir. Lakin bu güclər regionda yaşamırlar və burada bütün tərəfləri əhatə edəcək müzakirələr olmalıdır. Bizim həmişə ən böyük narahatlığımız ondan ibarət olub ki, torpaqlarımızla sərhəd olan İranda açıq, hərbi toqquşmaların olma ehtimalı yüksəkdir. Bu razılaşma bu qarşıdurmaları istisna edir. İndi ən vacib məsələ bütün tərəflərin bu razılaşmaya əməl edəcəyinə əmin olmaqdır. "5+1” ölkələrinin bizə dediyinə görə, bu, onların əldə edə biləcəyi ən yaxşı razılaşmadır. Danışıqlar zamanı bizimlə müzakirələr aparılmayıb. İnanmaq istəyirik ki, orada regionun təhlükəsizliyi və mühafizəsi üçün müəyyən razılıqlar var. Lakin biz indi ancaq ümid edirik”.
 
Səfir bildirib ki, bu problemin hərb yolu ilə həlli yoxdur: "Buna görə də İrana qarşı beynəlxalq sanksiya tətbiq olunanda, Azərbaycan bununla razılaşdı. Biz o zaman anladıq ki, sanksiyalar yeganə sülh alternativi idi. Hazırda razılaşma problemin hərbi yolla həlli üçün alternativ kimi ortaya çıxır və biz ümid edirik ki, bütün tərəflər buna əməl edəcəklər”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol