• $
  • €
  • ₽
  • ₺
  • £

Mövlud Çavuşoğlu: “Bakı-Tiflis-Qars layihəsi tez bir zamanda həyata keçiriləcək”

Mövlud Çavuşoğlu: “Bakı-Tiflis-Qars layihəsi tez bir zamanda həyata keçiriləcək”
27.11.2015 14:21
"Yeni gələn təkliflərin Minsk Qrupunun təklifi kimi rəsmiləşməsini arzu edirik”
 
"Azərbaycanla Türkiyə arasında hər sahədə münasibətlər mükəmməl səviyyədədir. İki ölkənin iştirak etdiyi layihələri müvəffəqiyyətlə icra edirik”. 
 
APA-nın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, tez bir zamanda Bakı-Tiflis-Qars layihəsi də uğurla həyata keçiriləcək: "Türkiyədə layihəni icra edən şirkətin hüquqi problemi səbəbindən gecikmə oldu. Qısa vaxtda bunu da tamamlayacağıq. Tək hədəfimiz Bakı-Tiflis-Qars deyil. Çinə qədər olan xətdə Azərbaycan böyük rol oynayacaq. Üçlü əməkdaşlıq mexanizmlərini də uğurla davam etdirəcəyik. Türkiyə-Azərbaycan-Türkmənistan görüşü oktyabrda baş tutmadı, amma 2016-cı ildə baş tutacaq. Bizim hər mövzuda Azərbaycanın yanında olduğumuzu Azərbaycan bilir. Xüsusilə Qarabağ məsələsində və Azərbaycanın işğal olunmuş torpaqları məsələsində Azərbaycanın yanındayıq. Yeni gələn təkliflərin Minsk Qrupunun təklifi kimi rəsmiləşməsini arzu edirik. Biz həmişə bu prosesə konstruktiv şəkildə dəstək veririk. Minsk Qrupunun daha fəal olması üçün konstruktiv şəkildə tənqid edərək bu işə töhfə verməyə çalışırıq”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol