• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: "Litva Azərbaycanla yeni sahələrdə əlaqələrin qurulmasında maraqlıdır"

Deputat: "Litva Azərbaycanla yeni sahələrdə əlaqələrin qurulmasında maraqlıdır"
07.01.2016 11:55
Litva Azərbaycanla bəzi yeni sahələrdə əlaqələrin qurulmasında maraqlıdır.

 Bunu "Report"a Litva-Azərbaycan dostluq qrupunun rəhbəri, ölkənin hakim partiyasından deputat Yuras Pojela (Juras Pozela) bildirib.

"Sonuncu Riqa sammitindən sonra Baltikyanı ölkələrin Azərbaycana qarşı münasibətində soyuqluğun yarandığı barədə iddialar olsa da, şəxsən Litvanın Azərbaycana qarşı münasibəti dəyişməyib. Əksinə, biz Azərbaycanla bəzi yeni sahələrdə əlaqələrin qurulmasında maraqlıyıq”, - o deyib.

Yuras Pojela qeyd edib ki, Litvanın istər Xarici İşlər Nazirliyi səviyyəsində, istərsə də parlament səviyyəsində Azərbaycana qarşı xoş münasibətləri var: "Bizim hətta Avropa İttifaqı səviyyəsində də prioritetimizin tərkib hissəsi Azərbaycanla münasibətləri heç vaxt pozmamaq təşkil edir. Bunun üçün bizim kifayət qədər əsaslarımız var. Bura enerji təhlükəsizliyindən tutmuş bütün sahələrdə əməkdaşlığın effektivliyi daxildir”.

Y.Pojela onu da deyib ki, hər il Litva parlamentində Xocalı soyqırımı ilə bağlı deputatlar adından imzalı müraciət toplanır və dərin hüznlə qeyd olunur: "Məhz bu hadisənin əsasında bizim mövqeyimiz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı belədir ki, Azərbaycanın ərazi bütövlüyü pozulub və bərpa olunmalıdır. Bu, həm də beynəlxalq hüququn tələbidir. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bu bizim üçün sual deyil, faktdır. Bizim parlamentdə soyqırım ilə bağlı sənədin qəbul olunması praktikası olmasa da, biz Xocalını soyqırım kimi qəbul edirik”.

Deputat azərbaycanlıların Litvada fəallığını da diqqətə çatdırıb: "Azərbaycanlılar burada hər sahədə fəaldırlar. Azərbaycan cəmiyyəti, xüsusilə səfirliyin fəaliyyəti təqdirə layiqdir. Bütün bunlar bizim iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə xidmət edir”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol