• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin müraciətinə baxmaqdan imtina etdi

Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin müraciətinə baxmaqdan imtina etdi
17.02.2016 18:06
"Avropa İnsan Hüquqları Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin müraciətinə baxmaqdan imtina edib”.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Azərbaycan Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov Milli Məclisdə keçirilən "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib.

PA rəsmisi bildirib ki, Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi quruma çevrilir. Qurum müstəqil məhkəmə xüsusiyyətini itirməkdədir: "Avropa Məhkəməsi ildən artıqdır ki, öz torpaqlarında erməni quldurları tərəfindən qanunsuz girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə baxmır və işə baxmaqdan imtina edib. Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailəsi tərəfindən 2014-cü ildə Avropa Məhkəməsinə müraciət edilib. Onların müraciətində Avropa Konvensiyasının əlavə protokolunun 11 maddəsinin pozulduğu iddia edilib və burada kifayət qədər tutarlı sübutlar əks olunub. Müraciətdə isə Avropa Məhkəməsində baxılması üçün presedent yaradan faktlara istinad edilib. Ancaq Avropa Məhkəməsi həmin müraciətə presedent qaydada baxmaqdan imtina edib. Bu da Avropa Məhkəməsinin qeyri-obyektivliyini göstərir”.

C.Əsgərov onu da əlavə edib ki, məsələ ilə bağlı Azərbaycan hökuməti Avropa Məhkəməsinə müraciət etsə də, bu günə kimi münasib cavab ala bilməyib.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol