• $
  • €
  • ₽
  • ₺
  • £

Alyaska Konqresindən Azərbaycana güclü dəstək ifadə edən rəsmi bəyannamə

Alyaska Konqresindən Azərbaycana güclü dəstək ifadə edən rəsmi bəyannamə
07.03.2016 10:18
ABŞ-ın ən böyük ştatı Alyaskanın Konqresi Azərbaycana güclü dəstək ifadə edən rəsmi bəyannamə qəbul edib.

Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. 

Konqres tərəfindən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamə, Alaska Konqresinin həm Senatı, həm də Nümayəndələr Palatası tərəfindən yekdilliklə qəbul edilib.

Alyaska Konqresinin əksər üzvərinin həmmüəlliflik etdiyi birgə bəyannamə Senatın sədri Kevin Mayer (Kevin Meyer) və Nümayəndələr Palatasının spikeri Mayk Şeno (Mike Chenault) tərəfindən imzalanıb.

Sənəddə qeyd olunur ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan ölkələrindən biridir, regionun ən güclü iqtisadiyyatına malikdir və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır.

Bəyannamədə bildirilir ki, ötən 25 il ərzində Azərbaycan ilə ABŞ enerji təhlükəsizliyi, eləcə də beynəlxalq terrorçuluğa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, insan alverinə və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahələrində tərəfdaşlıq əlaqələrini inkişaf etdiriblər. Həmçinin, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd olunur, bu səpkidə Cənub Enerji Dəhlizi layihəsinin önəmi vurğulanır.

Sənəddə qeyd olunur ki, Azərbaycan 2001-ci ilin 11 sentyabrında baş vermiş terror hücumlarından sonra ABŞ və koalisiya qoşunlarının Əfqanıstanda apardığı əməliyyatlara dərhal və qeyd-şərtsiz dəstək verən ilk ölkələrdən biri olub. Bu münasibəti olduqca yüksək qiymətləndirən Alyaskanın ştat qanunvericiləri, 11 sentyabr terror aktları zamanı həlak olmuş 2753 amerikalının ailələri adından Azərbaycan Respublikasına təşəkkür edirlər.

Həmçinin, sənəddə əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müxtəlif dinlərin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı vurğulanır.
Qeyd edək ki, bu, Alyaska ştatının ali qanunverici orqanı tərəfindən qəbul edilmiş Azərbaycana dair ilk rəsmi sənəddir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol