• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın Ukraynadakı səfirliyi qarşısında etiraz aksiyası

Ermənistanın Ukraynadakı səfirliyi qarşısında etiraz aksiyası
11.04.2016 13:47
Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, aprelin 8-də Yerevanın yürütdüyü işğalçı siyasətin ifşa edilməsi məqsədilə Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.

Aksiyada Kiyev şəhəri ilə yanaşı, Ukraynanın əksər böyük şəhərlərində yaşayan Azərbaycan diasporunun üzvləri də iştirak ediblər. Aksiyada Ukraynada təhsil alan türkiyəli tələbələr və Krım tatarları da qatılıblar.

Ermənistan səfirliyinin qarşısında keçirilən aksiya Ukrayna kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Əllərində Ermənistanın işğalçı siyasətini ifşa edən plakatlar tutmuş aksiya iştirakçıları müxtəlif şüarlar səsləndiriblər ("Erməni əsgəri ölmək istəmirsənsə Qarabağdan rədd ol", "Qarabağ bizimdir bizim olacaq, işğalçılığa son" və s.).

Aksiyada Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Ali Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyevə, UAK-ın Dnepropetrovsk şəhər təşkilatının sədri Qurban Abbasov, "İşıq" dini cəmiyyətinin sədri Əbülfəz Qasımov çıxış ediblər.

Çıxışlarda Ermənistanın işğalçı siyasətini sərt şəkildə tənqid edilib. Bununla yanaşı, rəsmi Yerevandan Ermənistan qoşunlarının qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, qaçqın və məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qaytarılması tələb edilib.

Ukrayna KİV-də işıqlandırılan məlumatlarda Ermənistanın dövlət terroru siyasəti yeritməsi və torpaqlarımızın işğalı mövzuları qabardılıb.

Aksiyada 400 nəfərə yaxın şəxs iştirak edib. Ermənistan səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında "Əhli-Beyt" təşkilatının sədri Əhməd Sabunçu, "Əhlül-Əl-Beyt" təşkilatının sədri Elçin Məmmədov və onların tərəfdarları da iştirak ediblər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol