• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Niderland Krallığının iqtisadi işlər nazirini qəbul etdi

İlham Əliyev Niderland Krallığının iqtisadi işlər nazirini qəbul etdi
11.05.2016 12:35
 Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də Niderland Krallığının iqtisadi işlər naziri Henk Kampın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Niderland Krallığının iqtisadi işlər naziri Henk Kamp Azərbaycanda və paytaxt Bakıda aparılan quruculuq işlərinin, tarixi memarlıq nümunələri ilə vəhdət təşkil edən müasir binaların onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd edib. 

Henk Kamp iki ölkə arasındakı əlaqələrin səviyyəsinin razılıq doğurduğunu bildirib. O, Azərbaycanda Niderland şirkətləri üçün yaradılan şəraiti yüksək qiymətləndirib.
Dövlət başçısı Azərbaycan ilə Niderland arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ölkədə xarici şirkətlərin, o cümlədən Niderland şirkətlərinin səmərəli fəaliyyət göstərməsi üçün bütün şəraitin yaradıldığını bildirib. 

Paytaxtda nadir memarlıq abidələrinin qorunduğunu vurğulayan Prezident İlham Əliyev Füzuli küçəsindəki tarixi binanın yerinin Niderland şirkəti tərəfindən dəyişdirildiyini qeyd edib.
Görüşdə kənd təsərrüfatı, ekologiya, alternativ enerji sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol