• $
  • €
  • ₽
  • ₺
  • £

Litva Jurnalistlər İttifaqının sədr müavini Azərbaycan xalqından üzr istədi

Litva Jurnalistlər İttifaqının sədr müavini Azərbaycan xalqından üzr istədi
09.06.2016 11:16
 Litva Respublikasının vətəndaşı, Litvanın Jurnalistlər İttifaqının sədr müavini, "Alkas” internet portalının redaktoru Audrys Antanaitis Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə "Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məktubunda A.Antanaitis cari ilin 7-10 may tarixlərində operator Arunas Sartanaviçyus ilə birlikdə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilərəkdən qeyri-qanuni səfər etdiyini və səfər barədə Azərbaycan tərəfini öncədən məlumatlandırmadığını etiraf edərək, səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.
İşğal olunmuş ərazilərimizə dair hazırladıqları reportajların birtərəfli olması ilə əlaqədar təəssüfünü bildirən A.Antanaitis, ölkəmiz və münaqişə haqqında daha doğru və obyektiv məlumatların Litva ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycana səfər etmək niyyətini ifadə edib.

A.Antanaitisin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Siyasət 17:06
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol