• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvandakı “İsgəndər”lərlə bağlı şok fakt üzə çıxdı

İrəvandakı “İsgəndər”lərlə bağlı şok fakt üzə çıxdı
24.09.2016 16:21
Texnikanın Erebuni hava limanından Rusiya bazasına göndərilməsi barədə xəbərlər yayılıb.

ANN.Az-ın Trend-ə istinadən məlumatına görə, Ermənistan sosial şəbəkələrində sentyabr ayının 21-də İrəvanda keçirilən hərbi paradda nümayiş olunan Rusiya ordusuna məxsus olan və indiyə qədər heç bir ölkəyə ixrac edilməyən "İsgəndər-M” operativ-taktiki raketləri barədə ilginc xəbərlər yer alıb.

Belə ki, sosial şəbəkənin Arman Manukyan adlı istifadəçisi parad bitdikdən sonra texnikaların meydandan çıxmasını müşayiət edərkən Ermənistanın polis rəisi Vladimir Qasparyanla Qaltsyan soyadlı polkovnik-leytenant rütbəli şəxsin texnikanın Erebuni hava limanından rusların Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasına göndərilməsi barədə danışdıqlarına qulaq şahidi olmasına dair şərh yayıb.

Sosial şəbəkədə geniş rezonans doğuran bu yazışmaya əlavə olunan şərhlərdə Qaltsyan adlı hərbi rütbəlinin Ermənistan Silahlı Qüvvələrinin hərbi texnika idarəsinin rəsi müavini olduğu istifadəçilər tərəfindən qeyd olunub.

Qeyd edək ki, Ermənistan tərəfinin inkar etməsinə baxmayaraq, rusiyalı ekspert, hərbi analitik Aleksandr Xramçixin də "İsgəndər” raketlərinin Ermənistana məxsus olmadığını bildirib. Həmçinin, erməni ekspert Karen Karapetyan müsahibəsində bu oyunun Ermənistan rəhbərliyi tərəfindən erməni xalqını antirusiya fikirlərindən yayındırmaq və aprel döyüşlərindən sonra mənəvi-psixoloji cəhətdən sarsılmış erməni xalqını sakitləşdirmək üçün qurulduğunu söyləyib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol