• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan: "Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq"

Sarkisyan: "Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq"
17.11.2016 11:34
"Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazıram”.

ANN.Az azvision.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezident Serj Sarkisyan Rusiyanın "Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyovla müsahibəsində deyib.

Mütəmadi olaraq qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan rəhbəri müsahibə zamanı özünü obyektiv tərəf kimi göstərməyə çalışıb: "Biz görüşdən heç vaxt imtina etməmişik. Bu, prezident, xarici işlər naziri, hətta işçi qrupu səviyyəsində olsa belə. Amma biz həmişə görüşlərin hansısa irəliləyiş, fayda verməsinin tərəfdarıyıq”.

Sarkisyanın sözlərinə görə, rəsmi İrəvan atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılması haqqında sazişi imzalamağa hazırdır.

Sarkisyan, həmçinin Ermənistanda Rusiyanın yeni hərbi bazalarının yaradılması imkanından danışıb: "Düşünürəm ki, yeni hərbi bazaya ehtiyac yoxdur. Gümrüdəki hərbi baza tələb olunan bütün elementləri özündə birləşdirmək imkanına malikdir. Odur ki, kiçik Ermənistanda bir baza, məncə, kifayətdir. Sadəcə, bu bazaya hərbi güc vermək lazımdır", - deyə S.Sarkisyan bildirib.

Sarkisyan müsahibəsində bildirib ki, Ermənistan bütün dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyır. 

Ermənistan prezidenti xatırladıb ki, bir neçə dəfə İrəvan və Bakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sənədin imzalanmasına yaxın olub: "Müqaviləyə görə Ermənistan və "Dağlıq Qarabağ” bufer zonasından geri çəkilirdi. Amma birinci maddədə aydın şəkildə yazılmışdı ki, Dağlıq Qarabağın yekun statusu Qarabağ sakinlərinin iradəsi əsasında həll olunacaq. Yəni referendum yolu ilə. Bu, öz müqəddəratını təyinetmə prinsipinin təzahürü idi və qərar hüquqi gücə malik idi”.

Onun sözlərinə görə, Ermənistan tərəfi indiyədək bu sənədə qayıtmağa hazırdır. "Aprel hadisələri göstərdi ki, tərəflər arasında etimad və inam sıfır dərəcəsindədir”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol