• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: "Vəhşi təbiət görmək istəyirsinizsə, Azərbayacana gəlin"

Nazir müavini: "Vəhşi təbiət görmək istəyirsinizsə, Azərbayacana gəlin"
29.05.2020 08:54
Bu gün Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının ikinci iclası keçirilib.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycanın TürkPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Əhliman Əmiraslanov bildirib ki, ətraf mühitin problemlərinə cəmiyyət həssas olmalıdır.

Onun sözlərinə görə, cəmiyyət ətraf mühitlə bağlı problemlərlə məşğul olmazsa, gələcəkdə çox ciddi təhlükələr ola bilər: 

"Əsas məsələlərdən biri iqlim dəyişikliyi və Günəşin azon qatının deşilməsidir. Ətrafa mühitə insanların atdığı tullantılar ciddi təhlükə yaradır. Hazırda dünyada içməli su problem də var. 1.5 milyard insan çirkli sudan istifadə edir. Bundan başqa, torpaqların deqradasiyaya uğraması nəticəsində də məhsuldarlıq azalır, meşə sahələri qırılır, bunun cüzi hissəsi bərpa edilir. Son yüz ildə dünyada əhalinin 4 dəfə artması , sənaye müəssisələrinin çoxalması bu cür ptoblemlər yaradır”.

Millət vəkili qeyd edib ki, bu problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürülməlidir.

Daha sonra çıxış edən komissiyanın sədr müavini Türkiyənin TürkPA-dakı nümayəndə heyətinin üzvü Feyzullah Kıyıklık qeyd edib ki, iqlim dəyişikliyi Türkiyədən də yan keçməyib. O bildirib ki, TürkPA-da təmsil olunan ölkələr birləşərək birgə mübarizə aparmalıdırlar:
 
"Ətraf mühitin problemlərinə həsr olunan 63 səhifəlik sənəd hazırlanıb, bu sənəddə iqlim dəyişikliyi ilə bağlı məsələyə toxunulub.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxışı zamanı diqqətə çatdırıb ki, bu günə qədər Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı 45 qanun qəbul olunub:
 
"Əgər müstəqilliyin ilk illərində Azərbaycanda xüsusi mühafizə olunan ərazilərin hissəsi 4.5 faiz idisə, bu gün həmin rəqəm 10.5 faizə çatıb. 2000-ci ildə ölkədə 1 milli park var idi. Hazırda isə ölkəmizdə 9 milli park var. Azərbaycan gələcək nəsillərə ölkə ərazisində 10.3 faiz xüsusi mühafizə olunan ərazini ötürəcək. Bu gün Avropada vəhşi təbiət qalmayıb. Əgər vəhşi təbiət görmək istəyirsinizsə, buyurun Azərbayacan gəlin”.

İclas müzakirələrlə davam edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol