• $
  • €
  • ₽
  • ₺
  • £

Usubov Təhlükəsizlik Şurasının iclasına niyə qatılmadı?

Usubov Təhlükəsizlik Şurasının iclasına niyə qatılmadı?
21.02.2017 22:51
Daxili işlər naziri Ramil Usubov Almaniyaya gedib. "Qafqazinfo"ya Azərbaycanın Almaniyadakı səfirliyindən daxil olan məlumata görə, nazir bu gün Berlin şəhərində 20-ci Avropa Polis Konqresinin açılış mərasimində iştirak edib.

İki gün davam edəcək konfrans çərçivəsində keçirilən panellərdə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyəti üçün rəqəmsal platformalar, ictimai yerlərin müşahidəsi kimi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, 20-ci Avropa Polis Konqresinin Almaniya Federativ Respublikasının Daxili işlər naziri Tomas de Mezyer və Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos tərəfindən edilmiş açılış mərasimində Daxili işlər naziri Ramil Usubov və Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak ediblər.

Xatırladaq ki, Ramil Usubov Almaniyada olduğu üçün bu gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında iştirak edə bilməyib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol