• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni generaldan böyük iddia: "Gəncə və Mingəçeviri vura bilərik"

Erməni generaldan böyük iddia: "Gəncə və Mingəçeviri vura bilərik"
15.04.2017 12:18
Erməni general Yuri Xaçaturovun KTMT baş katibi seçilməsindən sonra Ermənistan hərbçiləri yeni müharibə bəyanatları verməyə başlayıblar.

"Qaynar" İstipress-ə istinadən xəbər verir ki, 2016-cı ilin aprel döyüşlərində geri çəkilmədən danışan general-mayor Arkadi Ter-Tadevosyan (Komandos) "Lragir"ə verdiyi müsahibəsində Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini "İskəndər" raketləri ilə vura biləcəklərini iddia edib.

Jurnalist Siranuş Papyan Azərbaycanın "İskəndər" raketləri və ya bu tipli silah alıb-ala bilməməsi ilə bağlı sual verib: "Yoxsa biz öz "İskəndər"lərimizlə daha irəlidəyik və Azərbaycana sarsıdıcı zərbələr vura bilərik".

"İskəndər" raketlərinin lazımi effekt alınması üçün istifadə edilə biləcəyini bildirən Arkadi Ter-Tadevosyanın cavabı isə ikibaşlı  olub: "Əgər onlar Ermənistanı hədəfə alsalar, onda yalnız insanlar qurban gedəcəklər. Amma Kirovabadda (Gəncə - red.) böyük zavodlar, Mingəçevirdə su anbarı var, bu, Azərbaycanı iflic edə bilər".

Təbii ki, erməni general Azərbaycanın çoxlu insan itkilərindən qorxaraq Ermənistanı raket atmaycağını düşünür. Bu fikri erməni hərbçilərinin çoxu irəli sürür və Azərbaycanı Dağlıq Qarabağı tanımağa məcbur etmək üçün Mingəçevirdə su anbarı kimi strateji nöqtələri vurmağı təklif edirlər. Guya ondan sonra Azərbaycan qorxuya düşəcək və Ermənistanla təslimçi sülh imzalayacaq.  

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov İstipress-ə müsahibəsində bunu Arkadi Ter-Tadevosyanın növbəti blefi kimi dəyərləndirib:  

"Özünə Komandos ləqəbi uydurmuş Arkadi Ter-Tadevosyan 10 ildir ki, Azərbaycanı vurur. Sadəcə, işsiz qalıb, görür ona fikir verən yoxdur, gah Mingəçeviri, gah da BTC-ni vurmağı təklif edir. Sonra onu yerinə oturdurlar ki, bir az çox giclədin".

Üzeyir Cəfərovun sözlərinə görə, Mingəçeviri və Gəncəni vurmağa risk etmək Ermənistan üçün intihar addımı ola bilər:

"Bircə risk edib düyməni bassınlar. Azərbaycanın Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu bütün Ermənistanı yerlə yeksan etməyə qadirdir. Əgər Ermənistan belə bir addım atarsa, Azərbaycan heç nəyə baxmayacaq və Ermənistanı yerlə yeksan edəcək. Atalar demişkən, ölmək-ölməkdir, xırıldamaq nə deməkdir".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol