• $
  • €
  • ₽
  • ₺
  • £

Fransada parlament seçkilərinin qalibi müəyyənləşib

Fransada parlament seçkilərinin qalibi müəyyənləşib
12.06.2017 10:30
Fransada keçirilən parlament seçkilərinin birinci turunda ölkə başçısı Emmanuel Makronun "İrəli, Respublika!” hərəkatı qalib gəlib.

Anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Bülletenlərin 95,5 faizinin hesablanmasından sonra mərkəzçi "İrəli, Respublika!” hərəkatı 28,2 faiz seçici səsi toplayıb. Sağ-mərkəzçi "Respublikaçılar” partiyası 15,8 faiz, Marin Le Penin  "Milli Cəbhə”si 13,01 faiz, Jan Lyuk Melanşonun "Təslim olmamış Fransa” partiyası 11 faiz, sabiq hakim  "Sosialist Partiyası” 7,4 faiz səs toplayıb.

Proqnozlara görə, E.Makronun rəhbərlik etdiyi hərəkat parlamentdə 70% yer tuta bilər. Qeyd edək ki, seçkilərdə seçicilərin cəmi 48,7%-i iştirak edib. Seçkilərin ikinci turu iyunun 18-də keçiriləcək.

Fransa parlamentinin aşağı palatasına – Milli Məclisə seçkilər majoritar sistem üzrə keçirilir, namizədlər birmandatlı dairələrdə seçilir. Birinci turda qələbə qazanmaq üçün hər bir namizəd 50%-dan çox səs toplamalıdır. "Milli Cəbhə” partiyasının lideri Marin Le Pen, "Təslim olmamış Fransa” partiyasının rəhbəri Jan Lyuk Melanşon və Fransanın sabiq baş naziri Manuel Vals seçkilərin ikinci turuna vəsiqə qazan biliblər.

Sosialist partiyasının təmsilçisi, sabiq təhsil naziri Benua Amon isə ilk turun nəticələrinə görə mübarizəni dayandırmalı olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol