• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyevlə Putin Soçidə anlaşdı, erməni Qabrielyanov cəzasını aldı

Əliyevlə Putin Soçidə anlaşdı, erməni Qabrielyanov cəzasını aldı
26.08.2017 21:32
Azərbaycan və Rusiya prezidentlərinin ötən ay iyulun 21-də Soçidə baş tutmuş görüşü ilə neçə vaxtdır Azərbaycana qarşı hər fürsətdə təbliğat aparan, erməni Aram Qabrielyanovun başçılıq etdiyi "Life news” telekanalının bağlanması arasında əlaqə var. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumat jurnalist Eynulla Fətullayevin haqqin.az saytında bu günlərdə dərc edilmiş, Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyən Moskvadakı erməni dairələrinin fəaliyyətinə həsr olunmuş məqaləsində (https://haqqin.az/comics/108818) yer alıb. 

Xəbər verildiyi kimi "Life news” telekanalı avqustun 19-dan etibarən efirdən yığışdırılıb, telekanal artıq kabel və kanalları ilə yayımlanmır, ancaq internet platforması üzərindən fəaliyyətini davam etdirir. İnternet televiziya formatına isə gələcəkdə təkcə xüsusi ekstremal vəziyyətlərdə canlı yayımlar verəcək, habelə saytı fəaliyyətini davam etdirəcək. Rusiya mənbələrində telekanalın Kreml tərəfindən bağlandığı haqda xəbərlər yayılıb. Qabrielyanov özü bu məlumatları təkzib edir.

Eynulla Fətullayevin məqaləsində deyilir ki, Rusiya XİN-dəki erməni dairələrinin Bakı ilə Moskva arasında mnasibətlrin möhkəmlənməsinə mane olmağa yönəlmiş bütün səylərinə baxmayaraq prezidentlər İlham Əliyev və Vladimir Putin arasında şəxsi etimada əsaslanan möhkəm format qalır. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə, hakim elitalar və dövlət institutları arasında yeni arzuolunmaz böhranlı vəziyyətlərin yaranmasının qarşısını almaqda əsas ümid yeri məhz bu formatdır.

"Rusiya XİN-in rəhbərliyinin günahı üzündən yaranmış diplomatik böhrandan sonra iyulun 21-də Putin və Əliyev Soçidə saatlarla danışıqlar apardılar. Və bizim əldə etdiyimiz informasiyaya görə prezidentlərin Rusiya və Azərbaycanın maraqları baxımından həyati vacib əhəmiyyət kəsb edən bu danışıqları bir çox suallara aydınlıq gətirdi. Görünür təsaddüfi deyil ki, bu görüşdən az sonra Moskvada ermənilərin ruporlarından biri olan "Life news” telekanalı-Qabrielyanovun Azərbaycan haqda feyk-xəbərlər yayan sarı "piştaxtası” bağlandı. İstisna etmək olmaz ki, Moskvadakı erməni nəşrlərinin fəaliyyəti prezidentlərin görüşündə müzakirə olunmuşdu”-məqalədə deyilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol