• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Qarabağda müharibənin vaxtın açıqladı

Rusiya Qarabağda müharibənin vaxtın açıqladı
17.10.2017 14:20
Rusiya Qarabağda müharibənin vaxtın açıqladıDünən Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu.

Publika.az xəbər verir ki, görüşün nəticələri ilə bağlı bəyanatda tərəflərin gərginliyin qarşısının alınması və danışıqların davam etdirilməsilə bağlı razılığa gəldiyi deyilir. Lakin digər detallar açıqlanmır. Bu görüşün Dağlıq Qarabağ münaqişəsinin inkişafına necə təsir edəcəyi maraqlıdır.

Sarkisyan danışıqları ləngidəcək

Rusiyalı siyasi şərhçi, tarix elmləri namizədi Oleq Kuznetsov hesab edir ki, Serj Sarkisyan bundan sonra Qarabağın statusu mövzusunu irəli sürərək, danışıqları ləngitməyə çalışacaq: "Unutmaq lazım deyil ki, Ermənistanda Sarkisyanın mövqeyi güclənib və daxili siyasətdə dividendlər əldə edib. Buna görə də düşünürəm ki, o, növbəti danışıqlarda Bakı üçün qəbuledilməz olan məsələləri gündəliyə çıxaracaq. İlham Əliyevin danışıqlarda mövqeyi həmişə birmənalı olub və bundan sonra da belə olacaq. Sarkisyanın yanaşması isə növbəti neqativ halların yaşanmasına gətirib çıxaracaq”.

Qışda müharibə...

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov isə bildirib ki, Qarabağda payız-qış aylarında yeni müharibə gözlənilirdi və bu risk hələ də gündəmdədir.

"Prezidentlərin görüşü hər şeydən öncə münaqişə bölgəsində vəziyyətin kəskinləşməsinin qarşısını almağa kömək edə bilər. Hərçənd, bölgədə vəziyyyətin yenidən alışması potensialı yüksəkdir. Proqnozlarıma görə, partlayış payız-qış dövründə ola bilərdi. Çünki yayda hər iki ölkə turistlərin axınında maraqlıdır. Bu ehtimal fikrimcə, yüksəkdir. Hesab edirəm ki, tərəflər hərbi eskalasiyanın olmaması üçün danışıqları davam etdirəcəklər. Lakin onların buna nail olacaqlarını, yaxud olmayacaqlarını indidən demək çətindir”, - deyə Markov vurğulayıb.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol