• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid Cabbarın atası danışdı: "Telefonda mənə dedi ki..."

Şəhid Cabbarın atası danışdı: "Telefonda mənə dedi ki..."
25.10.2017 15:01
Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri Cabbar Firuddin oğlu Zeynalov şəhid olub.

Anews.az azxeber.com-a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü şəhidimiz doğulduğu Saatlı rayonunun Heydərabad kəndində dəfn olunub.

Şəhid Cabbarın atasının kəndli qiyafəsində sosial şəbəkələrdə yayılan ürəkdağlayan fotosu da çox danışıldı, çox müzakirə olundu.

Ölkə.az saytına açıqlama verən, Firuddin Zeynalov oğlunun şəhid olmasına görə fəxr etdiyini bildirib: "Özüm traktorçuyam. Elə iş geyimində də oğlumu dəfn etdim. Mən gedib əynimi dəyişməyəcəkdim ki… Komissarlıqdan qardaşıma zəng vurmuşdular. Telefonum sönülü idi. Qardaşım gəlib dedi ki, Cabbar yaralanıb. Soruşdum, dedi ki, ayağından vurublar. Mən sahədə iş görürdüm. Sonradan bildim ki, Cabbar şəhid olub. Fəxr edirəm ki, uşağım vətən yolunda şəhid olub. Çox istəkli uşaq idi. Onun kimi zirək uşaq bəlkə də bizim nəsildə yox idi. Telefonla danışanda mənə dedi ki, gözlə, özüm gəlib nə iş lazımdırsa, görəcəyəm. Dedi, sən yaşlanmısan, əsgərlikdən qayıdım, qalan işləri özüm görəcəyəm.  Biz ata-bala deyildik, həm də dost idik. Bu mənimçün həm də dost itkisidir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol