• $
  • €
  • ₽
  • ₺
  • £

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil
29.10.2017 20:30
"Ermənilərin adı da özlərinə məxsus deyil. Onlar Balkan yarımadasından Asiya qitəsinə gələndə frigiyalı kimi gəliblər. Ermənilər Anadolunun şərqində qədim Armina vilayətinin ərazisində məskən salıblar və Arminanın adını qəsb edərək, özlərinə ad kimi götürüblər. Beləliklə, "erməni” və "Armeniya” adları da ermənilərə məxsus deyil və oğurluq adlardır”.
 
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov deyib.
 
Y.Mahmudov qeyd edib ki, ermənilər nəinki Qafqaz köklü deyillər, onlar Asiya qitəsinə də gəlmədirlər.
 
Tarixçi alimin sözlərinə görə, Herodotun məlumatına əsasən, ermənilərin toplu şəkildə yaşadığı yer Balkan yarımadasıdır: "Onlar frigiya etnosudur və dilləri də ona yaxındır. Ermənilər xalqların yerdəyişməsi prosesində Asiya qitəsinə köçüblər. Beləliklə, ermənilər Kiçik Asiyanın da aborigen əhalisi deyil. Buna görə də onların Türkiyə torpaqlarına sahib çıxmaq arzusunun da heç bir əsası yoxdur”.
 
Y.Mahmudov əlavə edib ki, ermənilərin Cənubi Qafqazda məskunlaşması Çar Rusiyasının köçürmə siyasəti ilə bağlıdır. Onun sözlərinə görə, ermənilərin Cənubi Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına köçürülməsi haqqında göstərişi I Pyotr verib:
 
 
 
"Çar Rusiyası çalışırdı ki, erməniləri Cənubi Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına köçürməklə, özünün gələcək işğalları üçün istinadgah yaratsın. Məqsəd Qacarlar İranı və Osmanlı imperiyasını məğlub etmək üçün ermənilərdən bir alət kimi istifadə etmək idi. Qafqazda - bizim Azərbaycan torpağında ilk dəfə "Erməni vilayəti” çar Nikolayın əmri ilə 1828-ci ildə yaradılıb. Bundan sonra onların Cənubi Qafqaza, o cümlədən Azərbaycana kütləvi axınları başlayıb. Çar Rusiyası çalışırdı ki, erməniləri əsasən Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirsin. 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq güclərin təzyiqi nəticəsində məcbur oldu ki, İrəvanı və ətrafındakı 9 min kv km-ə bərabər olan Azərbaycan torpaqlarını ermənilərə versin. 1918-ci il 29 may tarixi Cənubi Qafqazda – Azərbaycan torpağında ermənilər üçün ilk dəfə dövlət yaradıldığı gündür. Bundan əvvəl Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb”.
 
Y.Mahmudov qeyd edib ki, erməni millətçiləri uydurma tarix təbliğ edirlər və heç zaman heç kəslə harmoniyada yaşaya bilməyəcəklər. Çünki harmoniyada yaşamaqdan ötrü dostluq siyasəti və başqa xalqları qəbul etmək lazımdır, amma onların yeritdiyi şovinizm siyasətilə başqa xalqlarla harmoniyada yaşamaq mümkün deyil: "Ermənilər iddia edirlər ki, guya bunlar Anadolunun ən qədim əhalisidir. Uydurma tarix ilə özlərinə Anadoluda dövlət yaratmaq istəyirlər. Bundan əlavə, onlar həm Azərbaycana, həm də Gürcüstana qarşı ərazi iddiaları irəli sürürlər. Öz torpaqları olmadığı üçün məskunlaşdığı ərazilərlə kifayətlənməyib, güclü dövlətlərə sığınaraq daim yeni torpaqlar ələ keçirməyə çalışırlar. Məqsədlərinə nail olmaq üçün heç bir elmi və tarixi əsası olmayan "Böyük Ermənistan” uydurması yaradıblar. Bu isə erməni etnosunu daim fəlakətlərlə üz-üzə qoyub”.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol