• $
  • €
  • ₽
  • ₺
  • £

“Bir-birimizi aldatmağımız yetər...” - Elmar Məmmədyarov

“Bir-birimizi aldatmağımız yetər...” - Elmar Məmmədyarov
16.11.2017 20:56
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə görüşdən sonra APA-nın Moskva müxbirinin suallarını cavablandırıb.
 
Həmin müsahibəni təqdim edir: 

- Cənab nazir, həmsədrlərlə görüşün yekununu necə qiymətləndirirsiniz?
 
- Mən danışıqların məzmunundan çox razı qaldım. Danışıqlar kifayət qədər konstruktiv və substantiv keçdi. Münaqişənin həllinə dair konkret məsələləri müzakirə etdik. Təfsilata varmayacağam, çünki bu görüşlərimizi ATƏT Xarici İşlər Nazirlərinin dekabrın əvvəllərində nəzərdə tutulmuş Vyana toplantısı çərçivəsində davam etdirmək barədə qərara gəlmişik. Prinsip etibarı ilə ideyalar var. Həmsədrlər bir qədər də irəli getmək üçün bu ideyalar üzərində işləməyi öz üzərlərinə götürüblər. Mənə həmişə sual verirlər ki, biz hansı plan üzrə işləyirik? Cavab verirəm ki, 2004-cü ildən Praqa prosesindən başlayaraq təklif olunan bütün ideyalar masa üzərindədir. Təbii ki, onların bir hissəsi həmsədrlərin dediyi 6 bəndən ibarət təkliflərdir. Siz onlara baxa bilərsiniz. Biz bu gün detallar üzərində işlədik. Deyə bilmərəm ki, hədsiz optimistəm. Həmsədrlərlə görüş göstərdi ki, biz, yəni Azərbaycan və həmsədrlər il yarımdan çox müddətdir ki, yerində addımlayan danışıqlar prosesini irəli aparmaqda qətiyyətlidir.
 
- Lavrovun Bakıya və İrəvana səfəri olacaq. Bu səfər sırf Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdırmı?
 
- Rusiyanın xarici işlər naziri Sergey Lavrov ayın 19-da Bakıya rəsmi səfər edəcək, 20-də isə İrəvana gedəcək. Səfər zamanı Azərbaycanla ikitərəfli münasibətlər, o cümlədən Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq. Lavrovun səfəri zamanı müzakirə olunacaq çox məsələ var. Əlbəttə ki, əsas müzakirə olunacaq məsələ Qarabağ münaqişəsinin həlli yollarıdır. Rusiyalı həmsədr İqor Popov da mənə bildirdi ki, bu gün həmsədrlərlə keçirilən görüş barədə tam şəkildə Lavrova məruzə olunacaq.
 
- Bugünkü görüşdə prezidentlərin növbəti görüşünün keçirilməsi müzakirə olundumu? Bu istiqamətdə hansısa konkret təkliflər varmı?
 

- Həmsədrlərlə belə qərara gəlmişik ki, Vyanada 2+3 formatında görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyünü müzakirə edək. Vyana görüşündən sonra prezidentlərə görüşmək təklifi verəcəyik. Bu gün həmsədrlərlə müzakirə olunmuş məsələləri Ermənistan tərəfi də müzakirə etdikdən sonra prezidentlərə görüşün keçirilməsinin mümkün olub-olmamasını təklif edəcəyik.
 
- Moskva səfəri ərəfəsində Bakıda demişdiniz ki, danışıqlar xətrinə danışıqlar aparmaq olmaz. Prosesi ölü nöqtədən tərpətmək lazımdır. Sizcə, proses ölü nöqtədən tərpədilibmi? Bugünkü danışıqlar hansısa irəliləyişə ümid yaradırmı?
 
- Mən danışıqlarda hansısa irəliləyişin olduğunu deməyə şad olardım. Lakin bu irəliləyişə maneə olan məqamları özünün təhlil aparsanız, tapa bilərsiniz. Ümid həmişə var və bu ümid kifayət qədər ciddidir. Bu gün hiss etdim ki, həmsədrlər işə olduqca ciddi yanaşırlar. Açıq mətnlə dedilər ki, biz turist deyilik, bizə ciddi danışıqlar lazımdı, çünki biz ciddi ölkələri təmsil edirik. Mən bunu alqışlayıram. Çünki nə qədər bəhanə gətirmək olar? Gah deyirlər ki, bizdə seçkilər gedir, gah deyirlər polis məntəqəsinə basqın olub. Belə çıxır ki, bu danışıqlar sonsuzluğa qədər davam edəcək? Xeyr! Bu real deyil. Alternativ hamıya məlumdur. Bunu heç kim istəmir. Azərbaycan da istəmir ki, toqquşma baş versin. Azərbaycan kifayət qədər iqtisadi cəhətdən inkişaf etmiş və iri geostrateji layihələr həyata keçirən ölkədir. Lakin boş söz-söhbətlər heç kimə lazım deyil və buna heç kim dözməyəcək. Bu gün həmsədrlərlə kifayət qədər ciddi söhbətimiz oldu ki, ən azından bir-birimizi aldatmağımız yetər, irəli getmək lazımdır. Məsələ burasındadır ki, hamı hansı yolla getmək lazım olduğunu çox gözəl bilir. Çünki plan məlumdur və mətbuatda yayılıb. Bu hamıya məlum olan məsələdir. Hamı münaqişənin həlli yolunu çox gözəl bilir, amma yekun addımı atmaqdan qorxurlar. Çünki bu addım siyasi addımdır.
 
- Amerikalı keçmiş həmsədr Metyu Brayza ABŞ-ın Minsk qrupunda həmsədrlikdən çəkilə, bununla da Minsk qrupunun formatının dəyişə biləcəyi barədə fikirlər səsləndirib. Sizcə, bu məlumat nə dərəcədə həqiqətə uyğundur?

 
- ABŞ-ın həmsədrlikdən çəkiləcəyinə və həmsədrlik formatının dəyişəcəyinə inanmıram. Çünki amerikalı həmsədr öz vəzifəsinə çox ciddi yanaşır. Bir ara da belə söhbətlər vardı. ABŞ Dövlət Departamentində bəzi vəzifələrin ixtisara salınması barədə müzakirələr gedirdi. Ancaq bugünkü görüşə amerikalı həmsədr tək deyil, öz köməkçisi ilə gəlmişdi. Bu, onu göstərir ki, ABŞ tərəfi işə ciddi yanaşır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol