• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər terror törətdiklərini etiraf etdilər – FOTOFAKT

Ermənilər terror törətdiklərini etiraf etdilər – FOTOFAKT
22.11.2017 11:43
26 il əvvəl Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin vurulmasını ermənilər indiyə qədər heç vaxt boyunlarına almamışdılar. Özlərinə məxsus həyasızlıqla belə bir yalan kampaniyası aparırdılar ki, Azərbaycanın o vaxtkı siyasi və hakimiyyət elitasında təmsil olunmuş şəxslərin ölümü ilə nəticələnin dəhşətli terror aktı, sadəcə, qəzadır.

Vurulmuş vertolyotun hissələri üzərində tapılan güllə izlərinin isə erməni təbliğatı utanmadan belə izah edirdi ki, o güllələr Azərbaycan tərəfdən atılıblar. Baxmayaraq ki, bunu hətta düşünmək belə, absurddur, aradan keçən 25 il ərzində erməni təbliğatı bütün dünyaya məhz belə car çəkirdi. Amma ən peşəkar yalançı belə, nə zamansa çaşıb, sözün düzünü deyir. Qarakənd faciəsinin 26-cı ilində də ermənilərin yalan maşını nəhayət, özü-özünü dolaşdırdı.

Ermənilərin anti-Azərbaycan təbliğatını izləyənlər Sedrak Mkrtıçyanı yaxşı tanıyırlar. Azərbaycana qarşı xüsusi nifrəti olan bu blogger (Tvitter ünvanı: @517design) peşəkar zombi-təbliğatçıdır. Hər gün Azərbaycan əleyhinə onlarla paylaşımlar edir. Noyabrın 20-də isə Sedrak belə bir tvit yazıb:

"26yrs ago #onThisDay helicopter w/ Ismet Gaibov (prosecutor of #Sumgait during 1988 massacre of #Armenia|ns, later appointed #Azerbaijan prosecutor general as a good puppy) & a dozen other #Azerbaijan officials on board destroyed by #Artsakh Self-Defense forces”.

Yəni: "26 il əvvəl bu gün İsmət Qayıbov (1988- ci il ermənilərin qətliamı zamanı Sumqayıt prokuroru, daha sonra "sadiq it” kimi Azərbaycanın baş prokuroru təyin edilib) və onlarla digər azərbaycanlı məmurun olduğu vertolyot, Artsax özünü müdafiə qüvvələri tərəfindən məhv edilib”.

Ooopsss... Bu, nədir? Erməni təbliğatının həyasız bülbülü ölkəsinin son 25 ildə irəli sürdüyü tezisə qarşı gedir? Axı "hay”lar durmadan təkrarlayırdılar ki, vertolyoru onlar vurmayıblar?

Görünür, Sedrakın kuratorları onun necə axmaq bir səhv buraxdığını dərhal anlayıb və onun başına möhkəm bir çırtma vurublar. Vurulan çırtmanın "bummm” səsi sakitləşməmiş Sedrak tez həmin paylaşımını silib. 

Amma yadınızdadırmı, Voland nə deyirdi: "Əlyazmalar heç vaxt yanmır”. İnternetdə də heç nə izsiz-soraqsız yox çıxmır! Belə ki, artıq həmin tezisi başqa bloggerlər və bir neçə erməni saytı da görüb, paylaşmışdılar. 
 
//azvision.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol