• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Qarabağ ətrafındakı 5 rayonu qaytarır

Rusiya Qarabağ ətrafındakı 5 rayonu qaytarır
23.11.2017 21:01
Ermənistan Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın Madrid prinsiplərindən elə də ciddi fərqlənməyən planına tabe olacağına söz verib.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanda çap olunan "168 Jam” qəzeti yazıb.

"Bu plana görə, Rusiya zəmanət tələb edir ki, ərazilərin verilməsindən sonra Azərbaycan Qarabağa iddialarından əl çəkəcək və o cümlədən Rusiyanın planına görə, aralıq statusundan sonra müstəqillik haqqında referendum keçilməlidir”, - deyə qəzet vurğulayır.

Lakin "168 Jam” qəzeti Azərbaycanın bununla razılaşmır: "Mənbələrimizin dediyinə görə, Azərbaycan bu planın bir sıra bəndlərinə, o cümlədən referendum keçirilməsinə  qarşı çıxır”.

Qəzetin yazdığına görə, Rusiya bu planı həyata keçirmək üçün Qərbin dəstəyini alıb. Lakin digər erməni KİV-lərinin yazdığına görə isə Rusiyanın Azərbaycanı qaytaracığa rayonların sayı 2 - 3-ə də düşə bilər. Bu, Ermənistanın Avropa Birliyi ilə Şərq tərəfdaşlığı sazişi imzalayıb-imzalamayacağından asılı olacaq.

"ArmenianReport”da bu barədə məqalə hazırlamış Viqen Petrosyan bildirir ki, hər şey Lavrovun Bakı səfərindən başlayıb - Rusiya tərəfi Azərbaycana Avrasiya İttifaqına daxil olmağı təklif edib, Azərbaycan isə Dağlıq Qarabağ ətrafında 5 rayonun qaytarılmasından sonra bununla bağlı müzakirələr aparmağın mümkün olduğunu bildirib. 

Viqen Petrosyan  bu barədə məlumatları Ermənistan prezidentinin və baş nazirinin ətrafındakı adamlardan sızdığını vurğulayır: "Həm baş nazir Karapetyanın ətrafında, həm də prezident Sarkisyanın aparatında olan mənbələrəimiz ciddi anonimlik şərti ilə Lavrovun İrəvana səfərinin bəzi detallarını açıblar”.

Erməni jurnalistin yazdığına görə, Serj Sarkisyanla Sergey Lavrov arasında bağlı qapı arxasında keçən görüş həddindən gərgin olub: "Kremldən dəqiq göstəriş alan Lavrov İrəvanda Sarkisyanla çox ağır söhbətlər edib. Xatırlatmaq lazımdır ki, Avrasiya İttifaqına yeni üzvün girməsi birliyin bütün üzvlərinin razılığı əsasında mümkündür. Yəni Lavrov Sarkisyandan Azərbaycanın Avrasiya İttifaqına girməsinə razılıq tələb etməsinin üstünə, həm də ultimatumla əraziləri geri qaytarmağı tələb edərək ağını çıxarıb”.

Məqalədə həm  də bildirilir ki, Lavrov Sarksiyandan ultimativ şəkildə Avropa Birliyi ilə saziş bağlamamağı da tələb edib. "ArmenianReport”un mənbələri iddia edirlər ki, Lavrov həm də deyib ki, Ermənistan əgər Avropa Birliyi ilə şərq tərəfdaşlığı sazişini imzalamasa Azərbaycana qaytarılacaq rayon sayı 3-ə də düşə bilər. 

Təbii ki, Sarkisyan çox ağır vəziyyətə düşüb, çünki əraziləri qaytarmaq Qarabağ klanının hakimiyyətinin sonu deməkdir. "Dilicanda Monte Melkonyan adına məktəbin açılışına səfəri zamanı prezident bulud kimi qaralmışdı, aqressiv şəkildə ətrafdakıların hücum edirdi. Əvvəllər biz onu belə görməmişdik”,- deyə "ArmenianReport”un mənbələri bildiriblər.

Əslində, Azərbaycan 5 rayonun müharibəsiz qaytarılması müqabilində Avrasiya İttifaqına daxil olmaq məsələsinin müzakirələrinə başlaya bilər. Hər halda, Avrasiya İttifaqı da Avropa Birliyi kimi bir qurumdur - ölkə iqtisadiyyatı qarşısında geniş bazarlar açır, Azərbaycanın ənənəvi əlaqələri olan ölkələrlə daha da yaxınlaşmağa imkan verir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, bu birliyə girən ölkələr suverenliklərindən müəyyən qədər imtina etməli olurlar  - xarici siyasət və ordu Moskvanın nəzarəti altındadır, ola bilər ki, gələcəkdə maliyyə siyasəti də Moskvaya bağlanacaq. Həm də Azərbaycan heç bir bir vəchlə Dağlıq Qarabağa olan hüququndan imtina etməməlidir. Gün gələcək, bu hüquq ona həm də Zəngəzur, İrəvan və Qaraqoyunlu mahalları uğrunda müharibə aparmağa da hüquq yaradacaq. Həmin gün - Rusiyanın regionu tərk edəcəyi gün elə də uzaq deyil. Bunun üçün sadəcə Rusiyanın demokratikləşməsi vacibdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol