• $
  • €
  • ₽
  • ₺
  • £

SON DƏQİQƏ: 25 min qoşunumuz 7 rayonu almağa yollandı

SON DƏQİQƏ: 25 min qoşunumuz 7 rayonu almağa yollandı
15.03.2018 14:28
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək. Azərbaycan ordusunun genişmiqyaslı təlimləri Ermənistanda təşvişə səbəb olub.

Təlimlər başlayanda Ermənistanın ekspert çevrələri və mətbuatında həyəcan dolu açıqlamalar verilir.

Modern.az saytının məlumatına görə, rusiyalı ekspert Aleksandr Perenceyev Ermənistanın 1in.am analitik portalına deyib ki, Azərbaycanın təlimləri rəsmi Bakının hərbi-siyasi hədəfləri ilə bağlıdır.

Onun sözlərinə görə, hərbi təlimlərin hədəfi tamamilə aydındır – heç olmasa işğal altında olan 7 rayonu geri qaytarmaq qarşıya məqsəd qoyulub.

"Həmin rayonlar ki, Dağlıq Qarabağa daxil deyillər. Aydındır ki, danışıqlar heç bir nəticə vermir. Ermənistan danışıqların gedişatında heç bir güzəştə getmir. Erməni tərəfi deyir ki, onlar 7 rayonu qaytarmağa hazırdırlar, amma Dağlıq Qarabağa toxunmayın. Bu variant isə Azərbaycanı qane etmir. Azərbaycan təkcə 7 rayonu qaytarmaq istəmir, həm də Dağlıq Qarabağ ərazisini azad etmək istəyir. Onu da nəzərə alaq ki, bu konflikt diplomatik yolla həll oluna bilmir. Bu mənada Azərbaycan hərbi təlimlərin gedişatında torpaqları geri qaytarmaq ssenarisini həyata keçirmək istəyir.7 rayon olmasa belə, ən azından 5 rayonu geri qaytarmaq istəyir”-deyə poitoloq bildirib.

Perenceyev hərbi təlimlərdən sonra Azərbaycan ordusunun hücum edəcəyi ilə bağlı sualı da cavablandırıb.

O qeyd edib ki, hücum qəfildən, gözlənilmədən olur. "Heç kəs bilmir ki, hücum məhz nə zaman olacaq. Məndə bu haqda məxfi informasiya yoxdur.

Erməni ekspert Vaqram Atanesyan isə bildirib ki, Azərbaycanın təlimləri Kəlbəcərin itirilməsinin (əslində işğalının-red) 25-ci ildönümü ilə bağlıdır. Onun fikrincə, buna görə Azərbaycan güc nümayiş etdirir.

"Azərbaycan bu gücü göstərərək hansısa hərbi-siyasi rolu təqib edir və faktiki olaraq niyyətlərini gizlətmir. Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında aydın
 
///goldnews.az
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol