• $
  • €
  • ₽
  • ₺
  • £

ECR: Seçki milli qanunvericiliyə uyğun keçirilib

ECR: Seçki milli qanunvericiliyə uyğun keçirilib
12.04.2018 11:00
Avropa Mühafizəkarlar və Reformistlər Qrupu (ECR) 11 aprel prezident seçkilərində apardıqları müşahidənin nəticəsi ilə bağlı bəyanatı açıqlayıb.
 
APA-nın xəbərinə görə, qrupun üzvləri Beata Sobkeviç və Rişard Çarnekski bildiriblər ki, seçki milli qanunvericiliyə uyğun keçirilib və hüquqi çərçivəyə, Seçki Məcəlləsinə riayət olunub: "Siyasi cəhətdən çoxşaxəli və rəqabətli  mühit təmin olunub.  Ümumi atmosfer sakit, bütün məqamlar ən yüksək beynəlxalq standartlara uyğun idi. Təəssüf ki, 4 siyasi qurum - Demokratik Qüvvələrin Milli Şurası, REAL, Ümid və Müsavat partiyaları seçkiləri boykot etmişdi. ECR nümayəndə heyəti bunun prosesin inklüzivliyinə təsir göstərəcəyini hesab edir, çünki bu seçiciləri iştirak etməkdən çəkinməyə sövq  edir. Seçicilərin azadlığı və səsvermənin gizliliyi tam təmin olunub. Müşahidəçilər  tərəfindən heç bir insident qeydə alınmayıb. Səsvermə prosesi adekvat və beynəlxalq standart, təcrübəyə müvafiq idi. Səsvermə günü Seçki Məcəlləsinin pozulma hallarını müşahidə etməmişik. Kənar müdaxilələr və seçicilərə hər hansı təzyiq hallarının şahidi olmamışıq. Təhlükəsiz  atmosfer yaradılmışdı".
 
Bildirilib ki, bunlara baxmayaraq, bəzi seçki məntəqələrində möhürləmə, bülletenlərdən müvafiq qaydada  istifadə, düzgün seçici identifikasiyası hallarında pozuntular  aşkarlanıb. Ancaq bunun  mənbəyini müşahidəçilər müəyyənləşdirə bilməyib: "Bu halların yekun nəticələrə təsir göstərə bilməyəcək qədər az olmasına baxmayaraq, missiya belə təcrübələri pisləyir və MSK-nı belə çatışmazlıqların gələcəkdə qarşısının alınması məqsədilə bu pozuntuları müvafiq qaydada araşdırıb, məlumat verməyə çağırır”.

Missiya üzvləri seçkilərin vaxtından əvvəl keçirildiyi üçün geniş auditoriyanın iştirak etməsi və ya bütün partiyalar və namizədlərin seçki debatlarnda bərabər şərtlərlə təmin edilməsi üçün az vaxt qaldığına görə narahat olduqlarını da dilə gətiriblər.
 
Onlar gələcəkdə beynəlxalq, o cümlədən DTİHB ilə əməkdaşlıq və iştirakçıların artırılmasının mümkün olacağına və mümkün pozuntular barədə məlumatların müvafiq qaydada araşdırılacağına ümidvar olduqlarını ifadə ediblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol