• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni qadından Aprel döyüşləri haqda danışdı: 15 əsgəri...

Erməni qadından Aprel döyüşləri haqda danışdı: 15 əsgəri...
28.06.2018 10:21
Aprel müharibəsi zamanı işğalçı Ermənistan ordusu 15 əsgərini tanklarla birlikdə Cəbrayıl rayonunun tərk edilmiş kəndlərindən birinə atıb. Bu əsgərlər 6 ay ərzində xarabalıqlarda yaşayıb və xidmət keçdikləri hərbi hissəni görməyiblər.

Axar.az xəbər verir ki, bu barədə epress.am saytı yazıb. Cəbrayıla atılmış 15 əsgərdən birinin xalasının sözügedən sayta verdiyi məlumata görə, ali təhsili olan həmin əsgəri əvvəlcə Oktemberyana (Ermənistan) çağırıblar, 6 aydan sonra isə Qarabağa göndəriblər:

"Köçürülməsindən təxminən 10 gün sonra Aprel döyüşləri başladı. Bizə bu barədə demədi. Düşünürdük ki, Ermənistanda əsgəri hələ 6-cı ayında ikən döyüş mövqelərinə aparmazlar”.

O bildirib ki, aprelin 2-də əsgərləri qrup halında hansısa kəndə aparıblar və onlar xidmətlərinin sonuna qədər orada qalıblar:

"Aprelin 2-də onu nə vaxtsa tutulmuş Azərbaycan kəndinə apardılar, adını xatırlamıram. O, orada yarım il qaldı, hərbi hissəyə geri göndərmədilər. Bu, 15 nəfərlik dəstə idi. Onlar orada qalmışdılar, çünki hər kəs müharibənin yenidən başlayacağını düşünürdü.

Bu uşaqlar tanklarda yatıblar, azərbaycanlıların dağılmış evlərinin daşlarından özlərinə ev tikib, qarğıdan dam hazırlayıblar. Orada bir müddət yaşayıb, çayda çimiblər. O, evə gəldikdən sonra 6 ay ərzində lampa belə görmədiyini dedi”.

Qadının sözlərinə görə, əvvəlcə onlar əsgərə bağlamalar göndəriblər, daha sonra isə o, pul istəməyə başlayıb:

"Hər ay bağlama göndərirdik. Sonra hər dəfə 5000 dram istəməyə başladı. Biz ondan bu qədər pulu nə üçün istədiyini soruşduq. O, isə onlara hər şeyin gətirilmədiyini, özlərinin yemək hazırladıqlarını, 15 nəfər olduqlarını və yemək üçün pul toplamağa qərar verdiklərini dedi. Xatırladığım qədərilə hətta kapitanın bank hesabını da vermişdilər. Sonra 3 ay da hansısa qadının hesabına pul köçürdük”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol