• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan xalqı Ermənistanla sülhə hazırdır, bu şərtlə ki... - AÇIQLAMA

Azərbaycan xalqı Ermənistanla sülhə hazırdır, bu şərtlə ki... -  AÇIQLAMA
25.01.2019 09:06
"İlham Əliyev artıq Ermənistanın baş naziri Nikol Paşinyanla MDB dövlət başçılarının sammiti çərçivəsində Düşənbədə bir dəfə görüşmüşdü. Paşinyan bu görüşdən sonra öz feysbuk səhifəsində İlham Əliyev haqqında tərifli ifadələrlə dolu geniş fikirlərini yazmışdı. Əliyevin bacarıqlı və savadlı siyasətçi olduğunu bildirmişdi. Daha sonra Sankt-Peterburqda da liderlərin zirvəsi çərçivəsində iki lider bir araya gəlmişdi. Davos Dünya İqtisadi Forumunda iki liderin bir araya gəlməsi Düşənbə və Sankt-Peterburqdakı qeyri-rəsmi görüşlərdən biri kimi qiymətləndirilə bilər. Lakin bu görüş əvvəlkilərdən fərqli olaraq ayaqüstü və tanışlıq formatında deyil, saat yarımlıq davam etməsindən də bəlli olduğu kimi, müxtəlif məsələlərin müzakirə və fikir mübadiləsi üçün keçirilib”.

Bu fikirləri Publika.az-a açıqlamasında sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 49-cu Davos Dünya İqtisadi Forumu çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünü şərh edən politoloq bildirib ki, liderlər Davos görüşündə xarici işlər nazirləri səviyyəsində müzakirə edilib razılaşdırılmış xalqların sülhə hazırlanması prosesi ilə bağlı fikir mübadiləsi apara bilər:

"Xalqların sülhə hazırlanması məsələsi kifayət qədər mücərrəddir. Bu hazırlanma prosesi sosial terapiya kimi Ermənistan tərəfinə daha çox lazımdır. Çünki xalqın sülhə hazırlaşması, qonşu xalqlarla normal əlaqələr qura bilməsi işğalçı Ermənistan üçün daha məqbuldur. Burada Azərbaycan tərəfi özünümüdafiə ilə məşğuldur. Təhqir olunmuş, torpaqları işğal edilmiş vəziyyətdə olan Azərbaycanın sülhə hazırlıq prosesinə ehtiyac yoxdur. Bunu ona görə deyirəm ki, Azərbaycan xalqı nəyi necə etmək barədə kifayət qədər məlumatlıdır.


Davakar separatizm, millətçilik, şovinizm səviyyəsinə qalxan müxtəlif addımlar Ermənistan tərəfinə məxsusdur. Amma Ermənistanda şairindən, yazıçısından aktrisasından tutmuş sıravi vətəndaşına qədər hər kəsdə bu şüur hakimdir. Ona görə də erməni xalqının reabilitasiyaya daha çox ehtiyacı var. Azərbaycanın istədiyi tək şey xalqın tapdanmış hüquqlarının bərpasıdır. Azərbaycan xalqı sülhə hazırdır. Bu şərtlə ki, qarşı tərəf öz təcavüzkar niyyətlərindən əl çəksin və status-kvonun əvvəlki vəziyyətinə - SSRİ-nin tərkibindən çıxdığı ərazi formasında qaytarılması ilə bağlı razılıqlar əldə edilsin. Xarici işlər nazirlərinin görüşündə bu məsələ gündəmə gətirilir. Lakin bəzi qərb dövlətləri bunu şişirdilmiş şəkildə təqdim edirlər. Şişirdilmə zamanı isə Azərbaycan üçün məqbul olmayan ifadələr işlədirlər: guya Azərbaycan müharibə istəyir, ciddi ordu quruculuğu həyata keçirməklə məsələnin hərbi yolla bitməsinə cəhd edir. Amma qarşı tərəf konstruktiv mövqe tutacaqsa, işğalçı niyyətlərindən əl çəkəcəksə, Azərbaycan, əlbəttə ki, hərbi yolu deyil, sülh danışıqlarını üstün tutacaq”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan bu il yanvarın 16-da Parisdə bir araya gəlmiş, onlar arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılmışdı. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə etmişdilər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol