• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: "Ailəmizin dollar krediti var, Prezidentin fərmanından biz də yararlanacağıq"

Deputat: "Ailəmizin dollar krediti var, Prezidentin fərmanından biz də yararlanacağıq"
29.05.2020 08:53
"Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərman xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu, çox böyük addımdır".

Bunu "report"a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O bildirib ki, bəzi ölkələrdə bu problem hələ də həll edilməyib: "Bəzi ölkələrdə bu istiqamətdə qərarlar qəbul edilsə də, yerinə yetirilmədi. Çünki bunun həyata keçirilməsi üçün mexanizm olmalıdır. Bu müddətdə Azərbaycan hökumətinə Amerika, Rusiya, Qazaxıstan, Ukrayna modelləri təklif olunub. Burada kreditin müvafiq qurumlar arasında bölünməsindən söhbət gedirdi. Hökumət isə bu yükü öz üzərinə götürdü. Bu addım milyonlarla insanın mənafeyinə xidmət edir. Bu fərmandan bizim də ailəmiz yararlanacaq, dollar kreditimiz var. Bunun üçün Prezident İlham Əliyevə təşəkkür edirəm. Bəzi şəxslərin nə deməsindən asılı olmayaraq, bu fərman əhalinin köməyə ehtiyacı olan hissəsi üçün nəzərdə tutulub. Fərmanda qeyd olunub ki, güzəşt 10 min dollara qədər olan kreditlərə aiddir. Bu addımlarla islahatların davam edəcəyi göstərilir. Hazırki islahatlar həqiqi inqilabi islahatlardır".

Deputat xatırladıb ki, məzənnə üzrə əsas dəyişikliklər 2015-ci ilin 21 fevral və 21 dekabr tarixlərində baş verib: "Xarici valyutada alınmış kreditlərin manat ekvivalentində yükü 0,78 AZN/USD məzənnə ilə necə idisə, həmin səviyyəyə endiriləcək. Həm 21 fevralda, həm də 21 dekabrda baş vermiş məzənnə dəyişiklikləri nəticəsində manat ekvivalentində borc yükü artmış kreditlər tənzimlənəcək, əlavə ödənilən vəsait kompensasiya şəklində geri qaytarılacaq. Bu, çox ciddi məsələdir".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol