• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzəri 5 yerə bölürlər

Xəzəri 5 yerə bölürlər
27.09.2014 18:21
Xəzərin milli sektorlara bölünməsi üzrə 18 ildir ki, davam edən danışıqların sentyabrın 29-da başa çatacağı ehtimal edilir. 
ANN.Az anspress-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu gün brifinqdə çıxış edib. Onun sözlərinə görə, ilkn olaraq dənizi iki zonaya dövlət suverenliyi və balıq tutma zonalarına bölmək barədə razılığa gəlinib. Cəm halında onlar sahildən 25 dəniz mili məsafəyə qədər uzanacaq. Bundan başqa, Xəzər beşliyi (Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan) bölgəyə NATO qüvvələrinin buraxılmaması barədə anlaşıblar. Sammitin siyasi bəyanatı layihəsində bu, “regiondan olmayan dövlətlərin silahlı qüvvələrinin Xəzərdə mövcudluğuna yol verməmək” kimi göstərilib.
“Bu məsələ üzrə çətin məsləhətləşmələr keçirildi, amma tərəflər prinsipcə razılaşdı”, - deyə Uşakov vurğulayıb. Uşakov bildirib ki, əgər Həştərxanda danışıqlar uğurlu getsə, Qazaxıstanda keçiriləcək sammitdə yekun sənəd imzalanacaq. 
Xəzərin dibinin bölünməsi üzrə də danışıqların başa çatacağı güman edilir. Hələ ki, Xəzərdə yalnız Rusiyanın sektoru dəqiq müəyyən edilib, Azərbaycan, Qazaxıstan və Türkmənistan bu mövqeni dəstəkləyir, amma İranın mövqeyi fərqlidir. 
2002-ci ildə Rusiyanın təklif etdiyi orta xətt prinsipinə görə, Rusiyaya dənizin dibinin 20%-i, Azərbaycana 21%-i, Qazaxıstana 29,5%-i, Türkmənistana 17%-i, İrana isə 12,5%-i düşürdü. Bu variant SSRİ - İran danışıqlarına əsaslınır. Lakin İran bu variantla razılaşmırdı və dənizi bərabər paylara bölməyi təklif edirdi. Amma indi görünür mövqelərdə yaxınlaşma əldə edilib.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol