• $
  • €
  • ₽
  • ₺
  • £

Aydın Mirzəzadə Tonayanın ziddiyyətli bəyanatlarını şərh etdi

Aydın Mirzəzadə Tonayanın ziddiyyətli bəyanatlarını şərh etdi
08.04.2019 12:53
Ermənistanın müdafiə naziri David Tonoyan qorxaq hərbçi və çox bacarıqsız siyasətçidir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə Ermənistan müdafiə nazirinin Vyana görüşlərindən sonra Qarabağ münaqişəsinə yönəlik bir-birinə zidd olan bəyanatlarla çıxış etməsinə münasibət bildirərkən deyib.

"Birincisi, öz ordusunda real vəziyyətlə tanış olmayan, çox pis təchiz edilmiş silahlı qüvvələrə rəhbərlik edən şəxs Azərbaycanı müharibə ilə hədələmişdi. Ondan sonra Azərbaycanın müdafiə naziri onun hücumunu gözlədiyini və ona layiqli cavab veriləcəyini dilə gətirmişdi.

İkincisi, Tonoyan bu gün müdafiə naziri kimi yox, qeyri-hökumət təşkilatının rəhbəri kimi çıxış edir”, - deyən millət vəkilinin sözlərinə görə, erməni nazir unudur ki, sülh ilk növbədə işğalçı Ermənistan qoşunlarının - Tonoyanın rəhbərlik etdiyi nazirliyin tərkibinin Azərbaycan ərazisindən çıxarılmasıdır.

"O unudur ki, Ermənistan silahlı qüvvələri Xocalı  soyqırmını törədib. O unudur ki, bu gün regionda təhlükəsizliyə əsas mane olan faktor məhz Ermənistan dövlətidir. Əgər o, Azərbaycan xalqının yaddaşsızlığına və öz tarixinə hörmətsizliyinə ümid edirsə, yanılır, bu heç vaxt baş verməyəcək.

Bizim üçün sülh Ermənistanın Azərbaycan ərazisindən öz qoşunlarını çıxarmasıdır. Bizim üçün sülh Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Əgər o, bizim xalqımız üçün sülh istəyirsə, qoy, ilk növbədə beynəlxalq hüquq normalarını diqqətlə oxusun və ərazi bütövlüyü, mehriban qonşuluq barədə təsəvvürü yaransın.

Ancaq görünən odur ki, Ermənistanın indiki rəhbərliyi bu gün Qarabağ məsələsində qəti mövqeyə malik deyil.

Bu gün həmin hakimiyyət nümayəndələri müxtəlif auditoriyalarda müxtəlif fikirlər səsləndirirlər. Ən əsası isə onların siyasəti Ermənistana heç bir halda sülh və davamlı inkişaf gətirə bilməz”, - deyə A.Mirzəzadə əlavə edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol