• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Yerevan danışıqlarda nəyə nail olmağa çalışır? - Nazirlərin görüşünə şərh

Rəsmi Yerevan danışıqlarda nəyə nail olmağa çalışır? - Nazirlərin görüşünə şərh
29.05.2020 04:40
Rəsmi Yerevan çalışır ki, Qarabağın statusunu elə danışıqlarda həll etsin.

Oxu.Az xəbər verir ki, bunu politoloq, millət vəkili Elman Nəsirov Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin son Moskva görüşünü şərh edərkən bildirib.

"Bütövlükdə bu danışıqlarda dörd məsələnin müzakirə edildiyi faktı bəlli oldu. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dilə gətirdi”, - deyən politoloqun sözlərinə görə, nazirlərin görüşündə Azərbaycan tərəfdən iki məsələ - Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz yurd-yuvalarına geri dönməsi gündəmə gətirilib.

"Ermənistan tərəfi isə status və təhlükəsizlik məsələsini önə çəkib. Rəsmi Yerevan çalışır ki, Qarabağın statusunu elə danışıqlarda həll etsin. Eyni zamanda, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılacağı təqdirdə təhlükəsizlik məsələləri öz həllini tapsın.

Azərbaycan tərəfi isə məhz yenilənmiş Madrid prinsiplərindən çıxış edərək ilk növbədə işğalçı qüvvələrin çıxarılması və məcburi köçkünlərin qaytarılması məsələsini gündəmə gətirir. Bu məsələlərlə bağlı hələlik razılaşma yoxdur.

Bu görüşə humanitar xarakterli məsələlər ətrafında müəyyən razılaşmalar əldə edilməsi kimi qiymət vermək mümkündür”, - deyə politoloq əlavə edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol