• $
  • €
  • ₽
  • ₺
  • £

"Yeddi rayonda erməniləşmə prosesi gedir" — Səməd Seyidov

"Yeddi rayonda erməniləşmə prosesi gedir" — Səməd Seyidov
07.07.2020 22:56
Dünən dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Prezident nitqində bir sıra vacib məsələlərə toxunmaqla yanaşı, həm də ATƏT Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən danışıb. Ölkə rəhbəri bildirib ki, Azərbaycan ATƏT-in Minsk Qrupundan başqa, daha konkret addımlar gözləyir.
 
Prezident Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır”  iddiasının əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst etdiyini, əhəmiyyətsizləşdirdiyini vurğulayıb. ATƏT Minsk Qrupunun bu ifadəyə səssiz qalması isə haqsızlıqdır.
 
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili  Səməd Seyidov bununla bağlı "Sherg.az”a danışarkən söyləyib ki,  Minsk qrupunun bizə qarşı münasibətinin dəyişməsi labüddür: "Dövlət başçısı çıxışında çox vacib məqamlara toxundu, əhəmiyyətli mesajlar verdi. Eyni zamanda dünyada gedən proseslərdən və onların ölkəmizə təsirindən  söz açdı. Bu çıxışı səciyyələndirən əsas məqam isə tamamilə yeni yanaşmaydı. Düzdür, cənab İlham Əliyevin də dediyi kimi, biz konstruktiv mövqeyimizdən əl çəkmirik. Amma eyni zamanda əhəmiyyətsiz danışıqlarda daha iştirak etmək fikrimiz yoxdur. Odur ki, Minsk Qrupu hər hansı bir reaksiya göstərməlidir. Onun mövqeyi mövqesizliyindən irəli gəlir. Lakin vəziyyət dəyişməlidir. Ya sözügedən qurum iş prinsipini, formatını dəyişməli, ya da daxilində ciddi islahatlar aparılmalıdır”.
 
S.Seyidovun fikrincə, münasibətlərin dəyişilməsi artıq şərtdir: "Dağlıq Qarabağ 30 ildir, işğal altındadır. Bu səbəbdən də orada və ətrafdakı yeddi rayonda erməniləşmə prosesi gedir. Biz buna imkan verməməliyik. Yəni gözləmə mövqeyindən çəkilməli və Minsk qrupu qarşısında obyektiv, beynəlxalq tələblərə söykənən tələblər qoymalıyıq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol