• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağın azərbaycanlı icmasının ermənilərin təxribatı ilə bağlı BƏYANATI

Dağlıq Qarabağın azərbaycanlı icmasının ermənilərin təxribatı ilə bağlı BƏYANATI
13.07.2020 17:20
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı bəyanat yayıb.

İcmadan "Report"a daxil olan bəyanatda deyilir:

"12 iyul 2020-ci il tarixində Azərbaycanın Tovuz rayonu istiqamətində ərazilərimizi işğal etmək məqsədilə Ermənistan silahlı qüvvələri hücum edib. Ermənistanın bu cəhdi bizə 1990-cı illərin əvvəllərində məruz qaldığımız işğalı və öz ata-baba yurdlarımızdan qovulduğumuz faciəvi günləri xatırlatdı. O vaxt Qarabağ bölgəsi və ətraf rayonlar işğalın hədəfi idisə, indi, cəzasızlıq hissindən ruhlanan Ermənistan, Azərbaycanın digər ərazilərini işğal etməyə çalışır.
Bu, bir daha sübut edir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmir və bizim əzəli torpaqlarımıza qayıtmağımıza imkan vermək niyyətində deyil. Ermənistanın bu cəhdləri bizi doğma yurdumuza geri dönmək əzmimizdən çəkindirmir və pozulmuş hüquqlarımızın bərpa edilməsinə mane ola bilməyəcək. Dövlət sərhədində törədilmiş bu təxribat göstərir ki, Ermənistan yeni münaqişə ocağı yaratmaqla diqqəti Qarabağ münaqişəsindən və işğal faktından yayındırmaq istəyir. Lakin Ermənistan heç bir vəchlə buna nail ola bilməyəcək.

Ermənistanın daxilində sosial-iqtisadi problemlər kəskinləşir, hökümət COVID-19 pandemiyası ilə bacara bilmir və bu səbəbdən belə təxribatlara əl atmaqla diqqəti fərqli istiqamətə yönəltmək istəyir. 

İşğalçı ölkə BMT Baş Katibinin Qlobal Atəşkəs təşəbbüsünü sözdə dəstəklədiyini bildirir, ancaq riyakarcasına hərbi təxribatlar törədir. 
Regionda gərginliyə son qoyulması üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad edilməli və bütün azərbaycanlı məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol