• $
  • €
  • ₽
  • ₺
  • £

“Onlar parlamentdə dağıntılar törədiblər”

“Onlar parlamentdə dağıntılar törədiblər”
15.07.2020 13:08
Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Ceyhun Əliyev bu gecə parlamentdə baş verən hadisələrlə bağlı jurnalistlərə açıqlama verib.

Anews.az xəbər verir ki, C. Əliyev qeyd edib ki, dünən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayon istiqamətində gedən döyüşlərə dəstək olaraq yürüş keçirilib:

"Yürüşün keçirildiyi ərazidə və Şəhidlər Xiyabanı, Milli Məclis ərazisində vətəndaşlar toplaşmışdı. Həmin yürüş edən vətəndaşların bir qismi qanunsuz olaraq Milli Məclisin inzibatı binasına daxil olublar və bir sıra dağıntılar törədiblər. Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və binadan çıxarılıblar. Yürüş təşkil edən qrup binadan çıxarılandam sonra Milli Məclisin spikeri Sahibə Qafarova vəziyyətlə yerindəcə tanış olub. Fəsadların aradan qaldırılması üçün tapşırıq verilib”.

O qeyd edib ki, Milli Məclisin mülkiyyətinə vurulan ziyan hesablanacaq və məlumat veriləcək:

"Bu, binaya qanunsuz daxilolma cəhdidir. Bunun qarşısı polislər tərəfindən alınıb. Milli Məclis olaraq qətiyyətlə bildiririk ki, xalqımız, dövlətimiz, ordumuz çətin vəziyyətdə təxribatçı qüvvələrə qarşı həssas yanaşmalıdır.Təxribat törədən qüvvələrə qarşı müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol