• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ordusu Ermənistan ərazisinə müdaxilə edə bilər - ZAHİD ORUC

Azərbaycan ordusu Ermənistan ərazisinə müdaxilə edə bilər - ZAHİD ORUC
16.07.2020 10:59
2016-cı ilin apreli, 2020-ci ilin iyulu və son 30 ildə baş verənlər göstərir ki, Azərbaycan üçün hərbi əməliyyatları başlatmaqdan savayı yol qalmır. Şübhəsiz ki, müharibəyə başlamaqdan ötrü mütləq onun adını, formasını və arealını da müəyyən etmək lazımdır.
 
İstər Qarabağ cəbhə xəttində, istər dövlət sərhəddində yaşananlar Azərbaycanın artıq müdafiədən hücuma keçməsini zəruri edir. Bu, təkcə güclü və böyük, daha yaxşı təşkil edilmiş Azərbaycan ordusu ilə bağlı deyil 30 il ərzində yetişmiş ən yaxşı daxili, regional və qlobal mühitlə bağlıdır.
 
İndi məsələ Ermənistanın nə etməsi deyil, Azərbaycanın hansı addımı atmasıdır. Bu barədə isə ən yaxşı və ideal təklifi Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc verib.
 
O, belə bir tezis irəli sürüb ki, "Ordumuzun Ermənistan Ərazisinə daxil olmaq hüququ” var. Söhbət nədən gedir? Türkiyə "Ulusal güvenlik nedenleri” ilə İraqda necə əməliyyatlar aparırsa, Suriyaya "meşru müdafaa hakkı çerçevesinde” daxil ola bilirsə, Rusiya beynəlxalq təhlükəsziliyi və preventiv zərbə konsepsiyasını əlində əsas tutaraq 2008-ci ildə Gürcüstana necə daxil oldusa, Azərbaycan da beynəlxalq hüquqla əsaslandırılmış formada (Güc nəzəriyyəsi üçün hüquq sadəcə pərdə rolunu oynamaqdan başqa heç bir işə yaramır) Ermənistan ərazisinə daxil ola bilər. Azərbaycan da BMT-nin 51-ci maddəsini əlində rəhbər tutur, (BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən bu quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir.
 
Azərbaycan da bir dövlət olaraq tam bu hüquqa malikdir. Ermənistanın isə Azərbaycan dövlətinə qarşı təcavüzü BMT nizamnaməsinin 51-ci maddəsinin kobud surətdə pozulması deməkdir.) ordusu Ermənsitana keçə, möhkəmlənə, təhlükəsizlik qurşağı yarada və məhz bu hüquqa, maddəyə istinad etməklə prosesləri reallaşdıra bilər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol