• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin Tovuzda evə odlu silah mərmisinin atılması ilə bağlı cinayət işi başlanılıb

Ermənilərin Tovuzda evə odlu silah mərmisinin atılması ilə bağlı cinayət işi başlanılıb
16.07.2020 12:06
Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən Anews.az-a daxil olan məlumatda deyilir:

Xəbər verildiyi kimi, iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimi kobud şəkildə pozularaq mövqelərimiz atəşə tutulub. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınmaqla onlara sarsıdıcı zərbələr vurulub.

Ermənistan Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısında növbəti dəfə acizlik nümayiş etdirməklə, beynəlxalq humanitar hüququn fundamental  norma və prinsiplərini, 1949-cu il tarixli "Cenevrə Konvensiyası”nın müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında müddəalarını, ö cümlədən müharibə hüququnun əsas prinsiplərini və ümumqəbul edilmiş qaydaları kobud şəkildə pozmaqla, mülki əhali və döyüşənləri fərqləndirmədən, mülki əhali arasında itkilərdən qaçmalı olduqları halda,  birbaşa və qəsdən mülki əhalının sıx yaşadığı əraziləri hədəfə alıb atəşə tutmaqla onlara qarşı müxtəlif cinayətlər törədiblər.

Belə ki, iyulun 14-də saat 14 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Dondar Quşçu kənd sakini Əliyeva Telarə Əhməd qızına məxsus evə odlu silah mərmisinin atılması və həmin mərminin partlaması nəticəsində zərərçəkmiş şəxsin əmlakı qəsdən məhv edilməklə sonuncuya xeyli miqdarda ziyan vurulub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə maddi sübutlar toplanılıb, dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə mütəxəssislər cəlb olunmuş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol