• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni nazir Dağlıq Qarabağı qaytara biləcəkmi? - Politoloq və partiya rəhbərlərindən AÇIQLAMA

Yeni nazir Dağlıq Qarabağı qaytara biləcəkmi?  - Politoloq və partiya rəhbərlərindən  AÇIQLAMA
17.07.2020 16:06
İyulun 16-də  prezident İlham Əliyev xarici işlər naziri Elmar Məmmədyarovu vəzifəsindən azad edərək həmin vəzifəyə keçmiş təhsil naziri Ceyhun Bayramovu təyin edib.

Bəs görəsən yeni nazir gələndən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesində nə dəyişə bilər? Bununla bağlı bir qism siyasi partiya rəhbərləri və politoloqla söhbətləşdik.
 
Müsavat partiyasının sədri Arif Hacılı hesab edir ki, yeni nazirin təyin olunması Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində önəmli bir mərhələ yaratmayacaq.  Çünki bu, daha çox ölkə başçısının həyata keçirdiyi siyasətdən asılıdır. Amma buna baxmayaraq Ceyhun Bayramovun xarici işlər naziri vəzifəsində fəaliyyətinə qiymət vermək üçün onu ən azı 6 ay bu vəzifədə izləmək lazımdır.
 


AXCP sədri Əli Kərimli isə hesab edir ki, Ceyhun Bayramov xarici işlər naziri vəzifəsi üçün uğurlu təyinat deyil.

"Təəssüf  ki, yeni xarici işlər naziri nə siyasətçi, nə də diplomat deyil. Nəzərə alsaq ki, xarici işlər naziri prinsipcə siyasi vəzifədir buna görə də bu vəzifədə peşəkar bir diplomat ola bilərdi",  Kərimli bildirdi.

Partiya sədri onu da əlavə etdi ki, yeni naziri tanımadığı üçün  əleyhinə heç nə deyə bilməz.

"Xarici siyasətin müəyyənləşməsində xarici işlər naziri heç də ən önəmli şəxs deyil. Azərbaycanda siyasət dövlət baççısı tərəfindən müəyyənləşir. Xarici işlər naziri isə sadəcə icraçı rolundadır. Qarabağ məsələlərinin nizama salınmasını hansısa yeni nazir təyinatı ilə əlaqələndirmək düzgün deyil. Bu dövlətin bütün resurslarını tələb edən bir münaqişədir. Azərbaycan bu müharibədə uduzan tərəf qalacağı təqdirdə hansısa bir diplomatik gedişlərlə münaqişəni bizim xeyrimizə həll etmək mümkün olmayacaq. Ona görə də yeni nazirdən çox böyük gözləntilər gözləmək lazım deyil. Xarici siyasətin müəyyənləşməsinə görə də onun uğur və uğursuzluqlarına görə məsuliyyət daşıyan şəxs prezidentdir. Naziri gücü çatmayacaq gözləntilərlə bağlı yükləmək lazım deyil.



Politoloq Elxan Şahinoğu isə bildirir ki, Ceyhun Bayramov prezidentin qoyduğu vəzifələri yerinə yetirəcək uğurlu şəxs ola bilər. Amma  gərək  Elmar Məmmədyarovun illər boyu istifadə etdiyi danışıqlar üsulundan imtina etməlidir.

"Yeni nazir görüntü xarakterli görüşlərdən imtina etməlidir. Ceyhun Bayramov artıq açıqlama verib ki, biz 1 sm də olsa torpağımızı güzəştə gedəsi deyilik.
 
Son olaraq Elxan Şahinoğlu  bildirdi ki, yeni xarici işlər naziri ciddi  kadr islahatları aparmalıdır.
 
"Son 15 ildə Elmar Məmmədyarovun qohumbazlıq siyasəti ləğv edilməlidir. Kimin qohum əqrəbası varsa ora işə düzəldirdi. Xarici işlər nazirliyinə gənc vətənpərvər şəxslər cəlb edilməlidir. Bu da xarici işlər nazirliyində əsas problemdir". 
 
 
 
Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol