• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi Ermənistanın sərhəddə təxribat törətməsinin səbəblərini AÇIQLADI

Müdafiə Nazirliyi Ermənistanın sərhəddə təxribat törətməsinin səbəblərini AÇIQLADI
18.07.2020 13:42
"İyulun 12-si günorta saatlarından başlayaraq düşmən tərəfi həmişəkindən fərqli olaraq əvvəl Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsi istiqamətində yerləşən bölmələrimizi atəşə tutmağa başladı. Mövqelərlə yanaşı, sərhəddə yerləşən kəndlərin də atəşə tutulması prosesi baş verdi”.

Anews.az xəbər verir ki, bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Tovuz istiqaməti Azərbaycan Ordusunun daimi nəzarətində olan və daim gündəmdə olan cəbhədə baş verən atəşkəs rejiminin pozulması prosesində tam nəzərdə saxlanılan Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdən xeyli uzaq ərazidədir: "Düşmənin bu istiqamətdə aktivləşməsinin bir neçə faktoru var.

Amma əsas məqamlardan biri Ermənistanda hakimiyyətdə olan klanın rəhbərliyinin dayaqlarının sarsılmasıdır. Xatırlayırsınızsa, Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağa, işğal olunmuş ərazilərimizə xidmətə göndərilməsi məsələsi vardı. Ancaq onun həmin ərazidə xidmət etməsi sual altındadır. Sadəcə adı orada gedirdi və özü isə evində olurdu. Yerevanadan çölə çıxmırdı. Ancaq Paşinyanın oğlu hərbi xidmətdən qayıtdıqdan qısa müddət sonra bu istiqamətdə hadisələr baş verdi. Başqa bir məqam isə Erməsnitanın bu istiqamətdə yerləşən silahlı bölmələrində hərc-mərclik, nizam-intizamsızlıq vardı”.

V.Dərgahlı bildirib ki, Azərbaycan Ordusunun komandanlığı tərəfindən hər bir hala qarşı müəyyən olunan döyüş hazırlığı üzrə planlar var: "Təxribat baş verən istiqamətdə olan bölmələrimiz düşmənin fəaliyyətinin qarşısını almağa dərhal  hazır idilər və bunu yerinə yetirdilər”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol