• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident KİVDF və MTRŞ-yə vəsait ayırdı - SƏRƏNCAM

Prezident KİVDF və MTRŞ-yə vəsait ayırdı - SƏRƏNCAM
22.07.2020 15:46
Prezident İlham Əliyev Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək və Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300,0 (üç yüz) min manat ayrılıb.

 Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılıb.
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Avstraliya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 14:54
Azərbaycan və Avstraliya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Çin beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Siyasət 13:25
Azərbaycan və Çin beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Prezidentdən xarici ölkələrə ixracla bağlı - fərman
Siyasət 14:20
Prezidentdən xarici ölkələrə ixracla bağlı - fərman
Litva Azərbaycan üzərindən Orta Dəhlizin inkişafını sürətləndirməyə çağırır
Siyasət 13:37
Litva Azərbaycan üzərindən Orta Dəhlizin inkişafını sürətləndirməyə çağırır
Ceyhun Bayramov: Azərbaycan Aİ ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır
Siyasət 13:33
Ceyhun Bayramov: Azərbaycan Aİ ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır
Litva Azərbaycanla strateji tərəfdaşlığı və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
Siyasət 13:28
Litva Azərbaycanla strateji tərəfdaşlığı və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
Ceyhun Bayramov: Yaxın Şərqdəki gərginlik və İran ətrafındakı vəziyyət narahatlıq doğurur
Siyasət 13:22
Ceyhun Bayramov: Yaxın Şərqdəki gərginlik və İran ətrafındakı vəziyyət narahatlıq doğurur
Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır
Siyasət 13:18
Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır
Litva şirkəti işğaldan azad edilmiş ərazidə 650 yeni iş yeri yaradacaq
Siyasət 13:15
Litva şirkəti işğaldan azad edilmiş ərazidə 650 yeni iş yeri yaradacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol