Prezident İlham Əliyev Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Anews.az xəbər verir ki, təltif edilənlərin arasında Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna” və "Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı da var. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.