• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənilər silahlarını ataraq qaçmalı oldu" - General-polkovnik Məhərrəm Əliyev

"Ermənilər silahlarını ataraq qaçmalı oldu" - General-polkovnik Məhərrəm Əliyev
23.07.2020 16:07
Prezidentinin köməkçisi – Prezident  Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz istiqamətində baş vermis döyüşlər haqda danışıb. 

Anews.az xəbər verir ki, M. Əliyev sia.az saytına müsahibəsində bildirib ki,  əvvəllər də, cəbhə xəttinin müxtəlif təmas zolaqlarında erməni işğalçılarının təxribatçı davranışlarının şahidi olmuşuq və onların törətdikləri əməllərə qarşı Silahlı Qüvvələrimizin necə ağır və layiqli cavab verdikləri, düşməni susdurduqlarını görmüşük: "Erməni işğalçılarının və onların rəhbərlərinin bu dəfə məhz Tovuz rayonu istiqamətindəki cəhdlərinin arxasında Azərbaycanın və Türkiyənin, eləcə də Gürcüstanın yer aldığı enerji layihələrinə zərbə vurmaq istəkləri dayanmışdı. Bildiyimiz kimi, BTC, TANAP, BTQ kimi dünya miqyaslı nəhəng beynəlxalq layihələr məhz Tovuz rayonu istiqamətindən keçir və işğalçılar həmin istiqamətdə təxribat törətməklə, Ordumuzun nüfuzu ilə yanaşı, enerji siyasətimizə də zərbə vuracaqlarını düşündülər, ancaq göründüyü kimi dərindən və köklü şəkildə yanıldılar. Onların qarşısında güclü, qüdrətli, qələbə əzmli Azərbaycan Ordusu və bu Ordu ətrafında birləşən ümumxalq birliyi, sarsılmaz həmrəylik faktoru dayanmışdı. 

Düşmən nəinki geriyə çəkildi, eləcə də öz mövqelərini, silahlarını ataraq qaçmalı oldu. Bu gün Tovuz rayonu istiqamətindəki strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altındadır və erməni işğalçılarının istənilən hərəkətləri müşahidə olunur.

Erməni tərəfinin daha bir məqsədi ölkədaxili siyasi və iqtisadi böhranın diqqətdən yayındırılmasına doğru yönəlmişdi. O cümlədən, Azərbaycanın diplomatik uğurları işğalçı ölkənin siyasi fiaskosunu sürətləndirirdi. Ona görə də, Tovuzda təxribat cəhdinə əl atmaqla həm daxilindəki narazılıqları, həm də beynəlxalq diqqəti Qarabağ mövzusundan yayındırmağa çalışdı. Nəticədə, Qarabağ mövzusu daha qabarıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdı və düşmən ikitərəfli məğlubiyyət məngənəsində sıxışıb qaldı. Yəni bu gün beynəlxalq siyasi aləm Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edirsə, bu işğalçı Ermənistanın həm hərbi, həm də siyasi tənəzzülünün göstəricisi olaraq qiymətləndirilməlidir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol