• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda Azərbaycana dəstək aksiyası

İstanbulda Azərbaycana dəstək aksiyası
26.07.2020 20:58
İyulun 26-da İstanbulun Bakırköy Azadlıq Meydanında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən təxribatla bağlı etiraz aksiyası keçirilib.


Aksiya qardaş Türkiyədən Azərbaycana dəstək məqsədilə keçirilib. Aksiya "Maskanı tax, bayrağını al, aramıza qatıl" şüarı, Türkiyədə fəaliyyət göstərən Türk Dünyası Məclisi, "Hazarfem” Xəzər Folklor Tədris və Araşdırma Mərkəzi, Çayeli Dərnəklər Federasiyası (ÇAYDEF), Avcılar Əhlibeyt Platformu, Rize Dərnəklər Federasiyası, Dünya Yozqatlılar Konfederasiyası, Türkiyə Müstəqil Krım Dərnəkləri Platformu, İstanbul Yozgatlılar Federasiyası, "Gənc İradə" (GİD), "İsmail Gaspırali Krım Tədris və Mədəniyyət", "Bolqarıstan Türkləri", "Yozgat Sənayeçi və İş Adamları", "Türk Axivçilər", "İstanbul Qumukları", "Böyükçəkməcə Yozgatlılar", "Üsküdar Rizelilər" dərnəklərinin təşəbbüsü ilə keçirilib.


Aksiyada hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.


Tədbirdə çıxış edən "Hazarfem"in rəhbəri Nuran Acar Ermənistanın Azərbaycana qarşı illərdir davam edən işğalçılıq siyasətindən bəhs edib, iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizə qarşı törədilən hərbi təxribatlardan danışıb.


Türkiyənin qardaş Azərbaycana dəstəyinin qürurverici olduğunu bildirən çıxışçılar Azərbaycanın və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın hər şəraitdə ölkələrimizin, eləcə də xalqlarımızın maraq və mənafelərini qarşılıqlı şəkildə müdafiə etdiklərini vurğulayıblar.


Mitinqdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, erməni işğalına son qoyulması ilə bağlı şüarlar səsləndirilib.


Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin dərhal dayandırılması, işğalçı tərəfin hərbi qüvvələrinin BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələrinə uyğun olaraq Azərbaycan ərazisini tərk etməsi tələb olunub, son hadisələr zamanı Serbiyanın Ermənistana dəstəyi şiddətlə qınanıb.


Bildirilib ki, son günlər düşmənin davamlı hərbi təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu işğal altındakı torpaqları düşməndən azad etmək iqtidarındadır.


Tədbirdə mediaya açıqlama verilib. Açıqlamada deyilir ki, yaxın günlərdə təcavüzkar Ermənistanın qardaş ölkə olan can Azərbaycana qarşı törətdiyi xain təxribatı qınamaq və bu hadisələr zamanı şəhid olan qardaşlarımızı anmaq üçün burada toplaşmışıq. Məqsədimiz burada toplanan qeyri-hökumət təşkilatları ilə qardaş ölkənin - Azərbaycanın tək olmadığını dünyaya bir daha çatdırmaqdır. Eşq olsun can Azərbaycana ki, belə igid və geniş ürəkli insanları var.

(Qaynarinfo)



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol