Rusiya və Ermənistan müdafiə nazirləri vəziyyəti müzakirə etdilər

Bu gün Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və onun erməni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub.
Anews.az xəbər verir ki, bu barədə "RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər ikitərəfli hərbi və hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər.
www.anews.az
























