• $
  • €
  • ₽
  • ₺
  • £

İqor Korotçenko: "Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsini istəmir, ona təxribatlar lazımdır"

İqor Korotçenko: "Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsini istəmir, ona təxribatlar lazımdır"
27.05.2021 19:29
Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsini istəmir, ona təxribatlar lazımdır.


Bunu Trend-ə rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.


Onun sözlərinə görə, təxribatın 28 May - Respublika günü ərəfəsində hazırlanması təsadüf deyil: "Təxribat məhz bu gün üçün hazırlanıb. Kommunikasyaları, təhcizat yollarını minalamaq planlaşdırılırdı ki, azərbaycanlı hərbçilər və hərbi texnika minalara düşsün. Məqsəd məhz bu idi”.


Ekspert bildirib ki, təxribatçı qrupların bu cür hərəkəti, dövlət sərhədini keçmək kimi fəaliyyətlər müdafiə nazirliyi, baş qərargah səviyyəsində qərarlaşdırılır: "Bu cür təxribatın hətta Paşinyanla razılaşdırılmasını da istisna etmirəm. Bu, Paşinyanın seçki ərəfəsində azalmaqda olan reytinqinin yüksəldilməsi üçün zəruri idi”.


O vurğulayıb ki, Ermənistan ordusunun öz ərazisində hansısa mühəndis işləri aparması barədə versiyası cəfəngiyyatdır: "Hamımız bilirik ki, gecə bu cür təxribatlar üçün ən uyğun vaxtdır. Ermənistan növbəti dəfə səhvə yol verdi və indi informasiya müharibəsi çərçivəsində günahı olmadığını elan etməyə çalışır”.


Ekspertin sözlərinə görə, Ermənistan öz addımları ilə KTMT və Rusiyanı münaqişəyə cəlb etməyə çalışır: "Ermənistan heç bir söz dinləmək və delimitasiya problemi ilə məşğul olmaq istəmir. Dövlət sərhədlərinin müəyyənləşdirilməsi, ilk növbədə sabitlik, sərhədyanı insidentlərin olmaması deməkdir”.


V.Korotçenko qeyd edib ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi vaxtın tələbidir və üçtərəfli bəyanatda nəzərdə tutulub: "Putin və Lavrov yardım barədə çıxış edib, Rusiya prosesin başlaması üçün tərəflərə kömək göstərməyə hazırdır. Ermənistan isə bunu istəmir, ona təxribatlar və növbəti dəfə Azərbaycanı ittiham edə biləcək insidentlər lazımdır ki, sərhədlərin dəqiqləşdirilməsi prosesindən imtina etsin”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol