• $
  • €
  • ₽
  • ₺
  • £

Sərhəddə xidmət aparan gömrükçülərə təlimlər keçirilib

Sərhəddə xidmət aparan gömrükçülərə təlimlər keçirilib
25.06.2021 14:33
Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük sərhəd buraxılış məntəqələrinin əməkdaşları üçün 20 may tarixindən 18 iyun tarixinədək onlayn formada keçirilən "İşgüzar ingilis dili bacarıqlarının artırılması” mövzusunda təlimlər başa çatıb. 24 iyun tarixində təlim dinləyicilərinin onlayn formada qiymətləndirilməsi həyata keçirilib.

Sərhəddə xidmət aparan gömrük əməkdaşlarının xarici dil biliklərinin artırılması məqsədi ilə keçirilən təlimlər xüsusi təlim proqramı əsasında bir ay müddətində hər gün 1.5 saat olmaqla təşkil olunub. Təlim proqramı gömrük əməliyyatları ilə əlaqəli ingilis dili terminologiyası və lüğəti, xidməti fəaliyyət, o cümlədən vətəndaşlarla ünsiyyət zamanı ingilis dili bacarıqları, qrammatikanın sərbəst öyrənmə tapşırıqları vasitəsilə mənimsənilməsi, eyni zamanda gömrük fəaliyyətinə aid mətnləri oxuyub-anlama, müzakirələr zamanı fikir bildirmə kimi sahələri əhatə edib.

Bununla yanaşı, təlimdə ilkin olaraq əməkdaşların ingilis dili bacarıqlarının səviyyəsi və inkişaf etdirilməsi vacib olan sahələri müəyyənləşdirmək üçün diaqnostik test və onlayn sorğudan istifadə edilib. Həmçinin effektiv öyrənmənin təmin edilməsi məqsədilə əməkdaşların xidməti fəaliyyətlərində qarşılaşdıqları mövzuların və dialoqların modelləri qurularaq simulyasiya tapşırıqları yerinə yetirilib.

Təlimlərdə sərhəddə xidmət aparan 15 gömrük xidməti əməkdaşı iştirak edib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol