• $
  • €
  • ₽
  • ₺
  • £

Macarıstan nümayəndə heyəti Ağdama səfər edib

Macarıstan nümayəndə heyəti Ağdama səfər edib
02.07.2021 14:14
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin "BMTM) təşkilatçılığı ilə Macarıstanın Xarici İşlər Nazirliyi nəzdində Xarici İşlər və Ticarət İnstitutu və Baş Nazirlik aparatı nəzdində fəaliyyət göstərən "Matthias Corvinus College” İnsitutunun nümayəndələrinin Azərbaycana səfəri təşkil olunub.

Mərkəzdən anews.az- verilən məlumata görə, əsas məqsəd onları 44 günlük müharibə, onun səbəb və nəticələri və eyni zamanda Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlər barədə məlumatlandırmaq olub.

Səfər çərçivəsində qonaqların Ağdama və Tərtərə səfəri təşkil edilib və onlara erməni cinayətkarlarının bir zamanlar bölgənin çiçəklənən şəhəri olan Ağdamın işğaldan sonrakı vəziyyətini öz gözləri ilə görmək imkanı yaradılıb. Eyni zamanda, onlar düşmənin raket hücumlarına məruz qalmış mülki əhaliyə məxsus yaşayış məskənlərin dağıntıları ilə tanış olublar. Qonaqlar gördüklərindən çox təsirlənib və eyni zamanda Macarıstan ictimaiyyətinin Ermənistanın bu cinayətləri haqqında müfəssəl məlumatlandırılmasının vacib olduğunu qeyd ediblər. Macarıstan Xarici İşlər və Ticarət İnstitutunun nümayəndələri Ermənistan – Azərbaycan münaqişəsi haqqında məlumatlı olsalar da, səfərdən öncə dağıntıların bu miqyasda olmasını təsəvvür etmədiklərini bildiriblər.

Qonaqlara eyni zamanda azad edilmiş torpaqların bərpasını ləngidən mina problemi haqqında məlumat verilib. İyun ayında Ermənistanın təqdim etdiyi mina xəritələrinə əsasən təkcə Ağdamda ən az 97 min minanın basdırıldığı qeyd olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol