• $
  • €
  • ₽
  • ₺
  • £

“Erməni soyqırımı”nı tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər”

“Erməni soyqırımı”nı tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər”
14.08.2021 22:29
"Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Bu, yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Əlbəttə, bu da böyük nailiyyətdir. Çünki mən hakimiyyətə gələndə bu ölkələrin sayı sıfıra bərabər idi”.

Anews.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "CNN Türk” televiziya kanalına müsahibəsində bildirib:

"Bizim səylərimiz və eyni zamanda, apardığımız düzgün təbliğat, təhsil, sərgilər, təqdimatlar bir çox ölkələrdə Xocalı qurbanları ilə bağlı həqiqətlərin çatdırılmasında mühüm rol oynadı. Əlbəttə ki, bizim başqa ölkələrlə münasibətlərimiz. Biz son illər ərzində bir çox müttəfiq qazandıq.

Ancaq sözdə "erməni soyqırımı”nı tanıyan, o saxta "soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər.

Aydın məsələdir ki, burada da əsas amil siyasi amildir. Amma real soyqırımı görməzliyə vururlar. Bu, ədalətsizlikdir. Biz çoxdandır ki, bu ədalətsizliklə yaşayırıq, buna öyrəşmişik, təəccüb də etmirik”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol